• Göbələkli toyuq dolması resepti

Reseptin məlumatları Baxış sayı: 16 674

Tarix : 17-03-2016, 13:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 4-6


Tərkibi:
4 dilim toyuq əti (çox incəldilmiş),
1 kiçik qırmızı bibər,
1\2 paket göbələk,
1 kiçik qırmızı bibər,
2 ədəd yaşıl bibər,
1 ədəd kiçik soğan,
2 diş sarımsaq,
Duz,
İstiot,

Hazırlanması:
Soğanı, sarımsağı , bibəri və göbələkləri incə-incə doğrayın. Geniş bir tavada doğranmış soğan və sarımsaqları zeytun yağında 2 dəqiqə qovurun. Ardından doğranmış bibərləri əlavə edin. 1 dəqiqə daha qovurun. Sonra doğranmış göbələkləri əlavə edib 3-4 dəqiqə qovurun. Son olaraq duz və ədviyyatını əlavə edin. Qarışdıraraq ocaqdan alın. Sonra toyuq dilimlərini dəzgaha sərin. Toyuq dilimlərinin kənarına göbələkli xərcdən qoyub rulon şəklində bükün. Sarıdığınız hissələr alta keçəcək şəkildə yağlanmış fırın sinisinə düzün. Hazırladığınız gobələkli toyuq dolmasaının üzərinə zeytun yağı gəzdirin. Əvvəlcədən 180 dərəcə qızdırlmış fırında 35-40 dəqiqə bişirin. Bişən göbələkli toyuq dolmasını fırından çıxardıb dilimləyn və isti halda servis edin.

Nuş olsun!
Etiketlər: toyuq, dəqiqə, qovurun, bibər, əlavə, doğranmış, kiçik, soğan, gobələkli, Sonra, zeytun, göbələkləri, qırmızı, göbələkli, keçəcək, yağlanmış, şəkildə, bükün, qoyub, xərcdən
BİZİ İZLƏYİN