• Toyuqlu tako resepti

Reseptin məlumatları Baxış sayı: 12322

Tarix : 10.06.2014, 01:13

Bölmə : Quru yeməklər, Toyuq yeməkləri

Mətbəx : Dünya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 ədəd toyuq sinəsi
1/4 qırmızı kələm və ağ kələm
1/4 kahı
30 qram pendiri
1 çay qaşığı kəklikotu
3 ədəd taco
1 xörək qaşığı sour cream sous
1 su stəkanı arus plovu, duz

Sour cream sous üçün:
1 su stəkanı krem
5 xörək qaşığı limon suyu
2 su stəkanı qatıq
2 diş sarmısak,
Duz

Arus plovu üçün:
1 su stəkanı düyü
3 xörək qaşığı duru yağ
Bir yarım su stəkanı su
1 çay qaşığı pomidor tomatı
15 qram toyuq bulyon
1 çay qaşığı ağ istiot
1 ədəd xırdalanmış sarmısaq
Doğranmış yarım soğan

Hazırlanması:
Əvvəlcə sour cream sousu hazırlayın. Çırpma teli və ya mikser ilə krem və limon suyunu köpüklənənə qədər çırpın.
Qatıq, xırdalanmış sarmısaq və duz əlavə edib, yenidən çırpın.
Arus plovu üçün düyüsü duru yağda qovurun. Ayrı bir qazanda su, sous, toyuq bulyon, ağ istiot, sarmısaq və soğanı yaxşıca qaynadın.
Düyünü əlavə edib, ocağın altını azaldın. Qazanın qapağını bağlayıb, hərdənbir qarışdıraraq bişməyə qoyun.
Toyuqları qızartmada önlü arxalı qızardıb, kub-kub doğrayın.
Qırmızı kələm, ağ kələm və kahını incə doğrayın. Bir tavaya əlavə edib üzərinə toyuq əti, cheddar pendiri, kəklikotu və duz əlavə edib tavada qızardın.
Bişən içliyi tavadan götürüb, yumşaq tacoların içinə pay edib sarıyın. Yenidən tavaya qoyub, qızardın. Sour cream sous və arus plovu ilə servis edin.

Nuş olsun!

Etiketlər: qaşığı, stəkanı, əlavə, plovu, kələm, toyuq, cream, xörək, sarmısaq, istiot, xırdalanmış, doğrayın, tavaya, çırpın, qızardın, bulyon, yarım, limon, pendiri, kəklikotu
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
Offline
Sadece Sevdim Seni
Chox lezzetli olur chox xoshlayiram ozde isti isti soyudukda choxda dadli olmur
14 sentyabr 2014 00:08
1
BİZİ İZLƏYİN




Yandex.Metrica