• Cız-bız resepti

Reseptin məlumatları Baxış sayı: 87 729

Tarix : 4-09-2015, 20:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4


Tərkibi:
Ağ ciyər, qara ciyər, böyrək, ürək və s. hər növ qoyun içalatı
Qoyunun bağırsaq hissəsi
Orta ölçülü kartof
Baş soğan
İstəyə görə pomidor və bibər
Qoyunun quyruq hissəsi (olmasa yağ)
Duz
İstiot

Hazırlanması:
Cız-bız hazırlamaq üçün əvvəlcə qoyun ağ ciyəri, qara ciyəri böyrəyi və ürək hissəsi yaxşıca yuyulur, doğranılır. Bundan sonra quyruq yağı da yuyulur və kiçik ölçüdə doğranılır.
Qoyunun bağırsaq hissəsi də möhkəmcə yuyulur. Artıq maddələrdən qurtarılır. Bağırsağın iç hissəsinin yaxşı təmizlənməsi üçün bağırsaqların içərisindən bol su keçirilir. Bu da həyata keçirildikdən sonra təmizlikdən tam əmin olmaq üçün bağırsaq uzunlamasına olaraq kəsilib açılır. Bu şəkildə də yuyulur. Beləcə tam təmiz bağırsaq əldə edilmiş olur.
Bağırsaqlar da təmiz yuyulduqdan sonra onlar da kiçik – kiçik doğranılır.
Qoyun içalat və quyruq hissəsi doğrandıqdan sonra əvvəlcə quyru, daha sonra isə doğranmış içalatlar eyni tavada qızardılır. İçalatın əvvəlcə tavada qızardılmasının səbəbi, doğranmış içalatdan əvvəl quyruğun tavanı yağlamasıdır. Bundan sonra içalat və quyruq qovrulub qısardılır.
Soğan və kartof soyulur, kiçik ölçülü doğranılır. Başqa bir tavada kartof və soğan da qızardılır. Kartof və soğan da qızardıldıqdan sonra bunlar içalat və bağırsaq qızartığımız tavaya əlavə edirik. Kartof, soğan, içalat və quyruq piyi qarışdırılıb birlikdə qızardılır.

Nuş olsun!
Etiketlər: sonra, hissəsi, bağırsaq, quyruq, soğan, içalat, doğranılır, yuyulur, kiçik, tavada, əvvəlcə, qızardılır, Qoyunun, kartof, hazırlamaq, ciyəri, doğranmış, Bundan, təmiz, Kartof
BİZİ İZLƏYİN