• Gürzə resepti

Reseptin məlumatları Baxış sayı: 36726

Tarix : 26.08.2015, 22:00

Bölmə : Quru yeməklər, Ət yeməkləri, Duzlu xəmir işləri

Mətbəx : Gürcü mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 4-6




Tərkib:
Qoyun əti (mal əti və ya dana əti ) – 500 q,
Baş soğan – 3 baş,
Quyruq – 100 q (xoşlayanlar üçün),
Şüyüd – 1 dəstə,
Sarımsaqlı qatıq sousu – zövqə görə.

Xəmir üçün:
Un – 500 q,
Yumurta – 1 ədəd,
Su – 2-2½stəkan,
Bir çimdik duz,

Hazırlanması:
Gürzə hazırlamaq üçün əti, soğanı və quyruğu ət maşınından keçirib qiymə hazırlayın.

Bundan sonra qiyməyə duz və istiot qataraq yağda qızardın.

Sonra bərk xəmir yoğrun.

1 mm nazikliyində yayıb stəkanın ağzı ilə dairələr kəsin.

Hər dairənin ortasına qiymə qoyub, hər iki tərəfi bir-birinin üstünə gətirilməklə ilanvari bağlayın və bir tərəfindən balaca deşik saxlayın.

Gürzələri ya ət suyuna, ya da duzlu qaynar suya töküb 5-10 dəqiqə bişirin (gürzələr suyun üzərinə çıxana qədər). Hazır gürzələri kəfkirlə sudan çıxarın və nimçəyə yığın . Üstündən sarımsaqlı qatıq, yaxud pomidor qızartması töküb narın doğranmış şüyüd səpin.

Boşqaba bir-iki qaşıq gürzənin bulyonundan da tökmək olar. Gürzələri qızartmaq da olar.

Gürzə isti halda servis edilir.

Nuş olsun!

Etiketlər: Gürzə, qiymə, qatıq, hazırlamaq, Gürzələri, töküb, suyun, gürzələr, çıxana, gürzələri, kəfkirlə, Hazır, qədər, bişirin, üzərinə, qaynar, tərəfindən, bağlayın, ilanvari, balaca
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
Offline
Zeynebim♡
Men hecde xoslamiram amma yoldasim cox sevir gerek hazirlayam
31 avqust 2015 08:04
3
Offline
arzum-aysum
oyyy cox sevirem, nece gundu yaman ureyim istəyir, gerek hazirlayam
29 avqust 2015 20:56
2
Offline
Qızıl_Əllər
Əllərinizə sagliq cox ləzzətli görünür. Məncə ən yaxşı mal əti ilə olar =)
26 avqust 2015 23:04
1
BİZİ İZLƏYİN