• Küncütlü, soya soslu toyuq resepti

Reseptin məlumatları Baxış sayı: 16 157

Tarix : 16-03-2016, 23:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Souslar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
2 ədəd toyuq budu,
1 şorba qaşığı soya sosu,
Yarım stəkan zeytun yağı,
1 yemək qaşığı küncüt,
Duz,
İstiot,

Hazırlanması:
Toyuq budlarını bir qazana qoyun.

Üzərinə azca su qoyun və 20 dəqiqə bişirin.

Bişirəndən sonar suyunu süzün və budları soya sosuna bulayın.

Tavaya tökdüyünüz yarım stəkan zeytun yağında budları qızardın.

Budları qızardarkən üzərinə küncüt, duz və istiot da səpin.

Tavanı silkələyərək ədviyyatların budun hər tərəfinə yayılmasına çalışın.

Sonar isə toyuq budlarını servis tabağına alıb, istədiyiniz şəkildə bəzəyərək servis edin.

Nuş olsun!
Etiketlər: toyuq, qoyun, servis, zeytun, qaşığı, küncüt, budlarını, stəkan, soslu, budları, səpin, yarım, istiot, Tavanı, qızardarkən, yağında, Budları, qızardın, üzərinə, tərəfinə
BİZİ İZLƏYİN