• Xaşlama ət resepti

Reseptin məlumatları Baxış sayı: 70 185

Tarix : 5-09-2015, 16:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
1 kiloqram sümüklü ət,
10-15 ədəd kiçik ölçülü baş soğan,
7-8 ədəd kartof,
6-7 ədəd qurudulmuş bibər,
İstiot,
duz,
pul bibər,
2 ədəd dəfnə yarpağı,

Hazırlanması:
Sümüklü ət doğranılır və yuyulur. Yuyulan doğranmış ət daha sonra qazana qoyulur. Tez bişməsi üçün buxarlı qazandan istifadə edilməsi məqsədəuyğundur.

Buxarlı qazana qoyulan sümüklü ətin üzərinə 2 stəkan qaynar su əlavə edilir. Bundan sonra ət olan qazan ocağın üzərinə qoyulur. Qazan qaynamağa başladıqdan sonra üzərində əmələ gələn köpük alınır.

Köpürlər alındıqdan sonra qazana dəfnə yarpağı da əlavə edilir.

Qazanda müəyyən müddət qaynayıb yumşalan sümüklü ət yumşaldıqdan sonra buraya quru bibərlər, soyulmuş kartoflar və kiçik baş soğanlar əlavə edilir.

Bunları qarışdırdıqdan sonra ətə duz, pul bibər və istiot da əlavə edilir. Ədviyyat da əlavə edilən xaşlama ət, bişməsi üçün qazanın qapağı örtülür və bişənə qədər çox yüksək olmayan atəşdə bişirilir.

Nuş olsun!
Etiketlər: sonra, əlavə, edilir, qazana, sümüklü, bibər, yarpağı, dəfnə, qoyulur, üzərinə, bişməsi, Xaşlama, kiçik, yumşalan, qaynayıb, bişirilir, yumşaldıqdan, bibərlər, buraya, müddət
BİZİ İZLƏYİN