• İspanaqlı sarma resepti

Reseptin məlumatları Baxış sayı: 15358

Tarix : 6.03.2016, 21:00

Bölmə : Quru yeməklər, Tərəvəz yeməkləri, Börəklər, Qəlyanaltılar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : 4-6


Tərkibi:
10 ədəd paxlavalıq yuxa
5 yemək qaşığı ispanaq püresi
1 kiçik stəkan zeytun yağı
1 kiçik stəkan holland pendiri rəndəsi

Sos üçün:
2 yemək qaşığı un
1/2 kiçik stəkan zeytun yağı
1,8 stəkan süd.

Hazırlanması:
Yağ unda qovrulur.

Yağda qovrulmuş una süd əlavə edilib bişirilir. Qatılaşana qədər qaynadılır.

Bişən sosun içərisinə ispanaq püresi və holland pendiri rəndəsi əlavə edilir və qarışdırılır.

Yuxa masanın üzərinə sərilir. Yuxanın üzü yağlanır. Sonra iki hissəyə qatlanır.

Hazırlanan sosdan iki qatlanmış yuxanın bir kənarına biraz qoyulur və yuxa sarılır.

Bütün yuxalar bu qayda ilə hazırlanır.

İspanaqlı sarma hamısı duxovka sinisinə səliqə ilə düzülür. Üzərlərinə yaq sürtülür.

Duxovka əvvəlcədən 200 dərəcəyə isidilir. Üzərinə yağ sürtülən ispanaqlı sarma sinisi duxovkaya yerləşdirilir. Burada sarmaların üzəri qızarana qədər bişirilir.

Nuş olsun!


Etiketlər: stəkan, sarma, kiçik, holland, zeytun, rəndəsi, əlavə, qədər, bişirilir, İspanaqlı, pendiri, yemək, püresi, qaşığı, ispanaq, qoyulur, sinisinə, səliqə, düzülür, Üzərlərinə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN