• Tovuz xingalı resepti

Reseptin məlumatları Baxış sayı: 20 290

Tarix : 18-12-2015, 23:00

Bölmə : Quru yeməklər / Duzlu xəmir işləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
2 stəkan un
1 yumurta
200 qr baş soğan
200 qr kartof
100 qr yağ
50 qr qudur və ya 100 qr sarımsaqlı qatıq
Duz

Hazırlanması:
Un, yumurta və sudan duz vurmaqla bərk xəmir yoğrulur. Xəmirdən 1-2 mmqalınlığında yuxalar yayılır. Yuxalar sacda və ya sobada təpitmə edilir. 5×5 sm ölçülü romb şəklində tikələrə doğranır.

Kartoflar təmizlənir, uzununa iri dilimlər şəklində doğranır. Qurud suda əzilir. Soğan yaqda qovrulur. Duzlu suya kartof salınıb bişirilir. Kartof yarıbişmiş olanda doğranmış xəmir tikələri tökülür. Tam bişəndə suyu süzülüb, iri dayaz boşqablara və ya siniyə çəkilir. Üzərinə qovrulmuş soğan və qurud tökülür.

Qurudu sarımsaqlı qatıqla da əvəz etmək olar.

Nuş olsun!
Etiketlər: kartof, soğan, sarımsaqlı, xəmir, tökülür, doğranır, yumurta, şəklində, Tovuz, xingalı, bişirilir, Kartof, yarıbişmiş, doğranmış, olanda, salınıb, Duzlu, əzilir, Qurud, Soğanlar
BİZİ İZLƏYİN