• Göyərti küküsü resepti

Reseptin məlumatları Baxış sayı: 26 952

Tarix : 15-02-2016, 19:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri / Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 0-10

Nəfər sayı : 2-4


Tərkibi:
6 ədəd yumurta,
60 qr göy soğan,
50 qr keşniş,
50 qr şüyüd,
60 qr yağ.
Sous kimi bir stəkan xama yaxud qatıq
2 diş sarımsaq,
2 qr duz.

Hazırlanması:
Göyərtilər əvvəlcə suda yaxşıca yuyulur, sonra doğranılaraq qaba tökülür. İçərisinə təmizlənmiş göy soğan da əlavə edilir. Zövqdən asılı olaraq nanə də səpə bilərsiniz. Yağı tavaya tökdükdən sonra isinməsini gözləyin, göyərtini içərisinə tökün. Göyərtinin tam qovrulduğunu gördükdən sonra içərisinə çiy, qarışdırılmış yumurta əlavə edilir. Yeməyin bişdiyini gördükdən sonra onu dörd hissəyə ayırın və çevirib digər tərəfinin qızarmasını gözləyin. Bişdikdən sonra süfrəyə qatıq, xama və sarımsaq əlavə edilmiş qatıqla verilə bilinər.
Kükü növləri:
Kabaklı kükü, Göyərti küküsü, Kükü (mücvər), Toyuq küküsü

Nuş olsun!
Etiketlər: sonra, əlavə, küküsü, gözləyin, qatıq, sarımsaq, Göyərti, gördükdən, edilir, içərisinə, soğan, yumurta, ayırın, bişdiyini, hissəyə, göyərtini, tökün, qovrulduğunu, Göyərtinin, qarışdırılmış
BİZİ İZLƏYİN