• Ev şəraitində quzu təndir resepti

Reseptin məlumatları Baxış sayı: 23 012

Tarix : 23-12-2015, 12:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
Bir quzu qolu,
2-3 dənə quru soğan,
1 şirniyyat qaşığı istiot,
1 şirniyyat qaşığı duz,
1 yemək qaşığı kərə yağı,
1 kiçik çay stəkanından bir az əksik isti su,

Hazırlanması:
Əti 2-3 hissəyə ayırın.
Qazana yerləşdirin.
Otaq temperaturundakı kərə yağını üzərinə sürtün.
Soğanı soyun və ikiyə bölüb ətlərin üzərinə yerləşdirin.
Duz və isti suyu əlavə edərək ocağa qoyun.
Qazanın ağzını örtərək 10 dıqiqə orta atəşdə bişirin.
Ocağın altını şam işığı qədər azaldın.
Bu şəkildə qazanın ağzını örtərək tam 2 saata yaxın bişirin.
Ara–sıra suyuna baxın.
Sonra ocağı söndürün ilıq hala gələnə qədər qalsın.
Əgər bu şəkildə servis etmək istəyərsinizsə yanına plov və kartof qızartması da qoya bilərsiniz.
Ya da qazanda qalan bir kasa ət suyu,
1 yemək qaşığı pomidor tomatı,
1 şay stəkanı göy noxud,
Arzuya görə küp şəklində doğranmış kartof qızartması,
Ət suyu və tomatı qarışdırın.
Fırın qabına yerləşdirilən ətlərin üzərinə gəzdirin.
Qızardılmış kartof və noxudu da əlavə edərək fırında 10-15 dıəqiqə bişirin.
Düyü plovu ilə birgə servis edin.

Nuş olsun!
Etiketlər: qaşığı, kartof, üzərinə, bişirin, qızartması, əlavə, ətlərin, edərək, ağzını, şəkildə, qədər, servis, örtərək, yerləşdirin, tomatı, təndir, şirniyyat, yemək, etmək, plovu
BİZİ İZLƏYİN