• Günəbaxan piroqu resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 23 489

Tarix : 2-09-2015, 15:00

Bölmə : Quru yeməklər / Duzlu xəmir işləri / Börəklər / Qəlyanaltılar / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
4 st un,
2 ədəd yumurta,
200 q qaymaq,
100 q kərə yağı,
yarım stəkan günəbaxan yağı,
1 x.q maya, duz,
apardığı qədər süd

İçi üçün:
soyutma kartof,
keşniş, şüyüd,
soğan,
duz,
istiot

Üzəri üçün:
1 ədəd yumurta,
küncüt

Hazırlanması:
Ərzaqları qarışdırıb yumşaq xəmir yoğururuq və mayalanmağa qoyuruq. Mayalandıqdan sonra 2 kündəyə bölürük. İçliyi hazırlamaq üçün soyutma kartofu əzirik, göyərtini xırda-xırda doğrayırıq. Əzilmiş kartofu, doğranmış göyərtini, soğanı, duz və istiotu qarışdırırıq. Kündənin birini yayırıq. Listə kalka kağızı qoyuruq və yağlayırıq. Yayılan xəmiri listin içinə qoyuruq. Xəmirin ortasına 1 kasa kartofdan qoyuruq, qıraqlarına da halqa formasında kartof püresini qoyuruq. İkinci kündəni yayıb kartofun üzərindən qoyuruq, qıraqlarını kəsirik ki, səliqəli olsun. Piroqun ortasına kasanı qoyuruq. Qıraqlarını 2 barmaq qalınlığında kəsirik. Günəbaxan çiçəyin ləçəklərini düzəldirik. Bunun üçün kəsilmiş hissələri yan üstə çeviririk. Çiçəyin ortasına yumurtanın sarısını vurub küncüt səpirik, ləçəklərinə yumurtanın ağını çəkirik. 180 dərəcəli sobada bişiririk.

Günəbaxan piroqu resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: qoyuruq, ortasına, kəsirik, küncüt, xırda, kartof, olsun, kartofu, göyərtini, yumurtanın, soyutma, yumurta, qıraqlarına, halqa, səliqəli, kartofdan, Piroqun, Xəmirin, formasında, qıraqlarını
BİZİ İZLƏYİN