• Badımcan basdırması resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 18 318

Tarix : 9-03-2016, 22:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Tərəvəz yeməkləri / Foto reseptlər

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 4-6

Tərkibi:
3 ədəd badımcan
3 ədəd pomidor
5 ədəd kartof
2 ədəd yaşıl bibər
2 ədəd soğan
250 qr qiymə (mal və ya qoyun əti)
keşniş
şüyüd
duz
zeytun yağı
kərə yağı

Hazırlanması:
1. Badımcan təmizlənir, uzun formada doğranılır duzlanır (duz vururuq ki badımcanın acısı çıxsın).
2. Bibər, pomidor, soğan uzun formada doğranılır.
3. Kartof təmizlənir, halqavari formada doğranılır.
4. Göyərti təmizlənir,yuyulur. Xırda doğranılır.
5. Qiyməyə duz vurulur, yumru katletler hazırlanır.
6. Qazan götürülür içinə zeytun yağı tökülür. Katletler qazanın dibinə düzlülür.
7. Katletlerin üstündən qatbaqat qalan ərzaqlar yığılır (hər qata duz vurulur). Ən sonda göyərti və kərə yağı tökülür.
8. Yeməyin üzərinə yarım stəkan su tökülür, qapağı tam bağlanılır və aşağı istilikdə suyu çəkilənə kimi bişirilir.

Badımcan basdırması resepti - FOTO RESEPT

Nuş olsun!
Etiketlər: doğranılır, formada, təmizlənir, tökülür, soğan, zeytun, pomidor, vurulur, ərzaqlar, düzlülür, Katletlerin, üstündən, katletler, qazanın, içinə, götürülür, hazırlanır, Katletler, Qazan, dibinə
BİZİ İZLƏYİN