• Bildirçin ayaqları resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 16 585

Tarix : 23-04-2016, 23:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Qəlyanaltılar / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 8-10


Tərkibi:
200 ml qatıq
2 ç/q duz
350-400 qr un
0,5 ç/q soda
500 qr ət qiyməsi
2 dəstə göy soğan
2-3 diş sarımsaq
2-3 ədəd yumurta (üz qatı üçün)
200 qr suxarı (üz qatı üçün)
2 qutu duzlu çubuq

Hazırlanması:
Reseptin adı «Bildirçin ayaqları» olsa da, bu mecazi mənada işlənib. Sadəcə qiymə və duzlu çubuqlardan hazırlanan bu dadlı, xırt-xırtlı qəlyanaltı bildircin ayaqlarına bənzədilib.

1. Xəmir hazırlanır: dərin boşqaba qatıq və 0,5 ç/q duz əlavə edilir, üzərinə qarışdıraraq tədricən un səpilir. Son qaşıq undan əvvəl soda əlavə edilir, ardınca yerdə qalan un səpilərək yaxşı qarışdırılır. Xəmir hazırlanması barədə maraqlı məsləhətlə də tanış ola bilərsiniz.
2. Alınmış xəmir boşqaba əlavə edilir və polietilen paketlə bağlanıb 20-30 dəqiqə kənarda saxlanılır.
3. Bu arada qiymə hazırlanır. İstənilən ət istifadə edilə bilər, lakin daha yaxşı olar ki toyuq və ya donuz ətindən istifadə edəsiniz.
4. Xəmir təxminən 3 mm qalınlığında olan laya yayılır. Stəkan vasitəsi ilə yayılmiş xəmirdən dairələr kəsilir.
5. Hər bi dairəvi xəmirin üzərinə bir ədəd duzlu çubuq, çubuğun üzərinə isə bir qədər (təqribən 1 çay qaşığı) qiymə əlavə edilir.
6. Xəmirin qıraqları bağlanılır. Lazım olan formada bükülür və bıçaqla qalan hissəsi kəsilir.
7. Hazırlanan "ayaqlar" hər biri çalınmış yumurtaya salınıb və sonra suxarıya batırılaraq, əvvəlcədən isidilmiş tavada, bitki yağında qızardılır.
8. Rəngi qızarana qədər və xırt-xırtlı olana qədər qızardılır.
9. Süfrəyə verərkən yanında tomat sousu və ya mayonez istifadə etmək etmək olar.

Bildirçin ayaqları resepti - FOTO RESEPT

Bildirçin ayaqları resepti - FOTO RESEPT

Bildirçin ayaqları resepti - FOTO RESEPT

Bildirçin ayaqları resepti - FOTO RESEPT

Bildirçin ayaqları resepti - FOTO RESEPT

Bildirçin ayaqları resepti - FOTO RESEPT

Bildirçin ayaqları resepti - FOTO RESEPT

Bildirçin ayaqları resepti - FOTO RESEPT

Bildirçin ayaqları resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, istifadə, edilir, qiymə, qədər, üzərinə, duzlu, Xəmir, çubuq, qızardılır, yaxşı, hazırlanır, qatıq, boşqaba, kəsilir, etmək, qalan, xırtlı, çubuğun, xəmirin
BİZİ İZLƏYİN