• Kartof qızartması resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 44696

Tarix : 4.10.2015, 16:00

Bölmə : Quru yeməklər, Tərəvəz yeməkləri, Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 10-20

Nəfər sayı : 2-4




Tərkibi:
5 ədəd orta ölçüdə kartof
60 ml zeytun yağı
2 diş sarımsaq
rozmarin budağı
duz
istiot

Hazırlanması:

Bu gözəl qarnirin bişirilməsini hər kəs bilir. Və hər kəs bu yeməyi özünə məxsus resept ilə hazırlayır. Kimsə yumşaq kartof xoşlayır, bəziləri isə bu reseptdəki kimi xırt-xırtlı sevir.

1. İnqredientlər.
2. Kartof yuyulur, təmizlənir və təqribən 5-7 mm qalınlıqda, uzunsov formada doğranılır.
3. Kartof bişərkən bir-birinə yapışmaması üçün onun kraxmalı yuyulub aparılmalıdır, bunun üçün kartofun üzərindən soyuq su axıdılır.
4. Sonra kartof dəsmal ilə qurudulur.
5. Tava qızdırılır. Bişirilən kartof ətirli və dadlı alınması üçün 1 diş sarımsaq və rozmarin budağı lazımdır. Zövqə görə digər otlardan da istifadə etmək olar.
6. Tava tam qızarkən onun içinə zeytun yağı tökülür. Zeytun yağına qabığı soyulmamış sarımsaq və rozmarın budağı əlavə edilir. Təqribi 30 saniyədən sonra sarımsaq və rozmarın tavadan çıxarılır.
7. Kartoflar tavaya əlavə edilir. Diqqətli olun, kartof qarışdırılmır. Məqsəd odur ki kartof yaxşı qızarsın.
8. Kartof qızarandan sonra ona duz və istiot vurulur, qarışdırılır və yenidən bir neçə dəqiqə qızardılır (bu müddət ərzində qarışdırılmır).
9. Kartof hazır olandan sonra, lazım olduqda bir daha onu qarışdırıb qızartmaq olar. Bu üsulun sirri ondadır ki, daima böyük odda qızaran və az qarışdırılan kartof nəticədə xırt-xırtlı alınır.

Kartof qızartması resepti - FOTO RESEPT

Kartof qızartması resepti - FOTO RESEPT

Kartof qızartması resepti - FOTO RESEPT

Kartof qızartması resepti - FOTO RESEPT

Kartof qızartması resepti - FOTO RESEPT

Kartof qızartması resepti - FOTO RESEPT

Kartof qızartması resepti - FOTO RESEPT

Kartof qızartması resepti - FOTO RESEPT

Kartof qızartması resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: kartof, sarımsaq, Kartof, budağı, sonra, istiot, edilir, rozmarın, əlavə, qarışdırılmır, xırtlı, istifadə, rozmarin, zeytun, nəticədə, saniyədən, Təqribi, tavadan, Kartoflar, qarışdırılan
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN