• Dana ciyəri qızartması resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 24 070

Tarix : 18-01-2016, 14:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Qəlyanaltılar / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : 2-4

Tərkibi:
800 qr təzə dana qaraciyəri
yarı ədəd baş soğan
yarı stəkan ağ çaxır (və ya toyuq bulyonu)
zeytun yağı
kərə yağı (kiçik parça)
biraz un (üzünü unlamaq üçün)
dəfnə yarpağı
ağ istiot
duz

Hazırlanması:
1. İnqredientlər hazırlanır.
2. Qaraciyər üz qatından təmizlənir və orta ölçüdə dilimlərə doğranılır.
3. Duz və ağ istiotla qarışdırılımış unda doğranmış hissələr unlanır.
4. Tavaya zeytun yağı, bir qədər doğranmış soğan və dəfnə yarpaqları əlavə edilir.
5. Tavaya qaraciyər əlavə edilir.
6. Hazır olana qədər qızardılır.
7. Bir qədər ağ çaxır və ya toyuq bulyonu əlavə edilir.
8. Kiçik parça kərə yağı əlavə edilir və çaxır tam çəkilənə qədər qızardılır.
9. Hazırlanmış qaraciyər süfrəyə qarnirsiz verilir, lakin zövqə görə yanında kartof əzməsi də vermək olar.

Dana ciyəri qızartması resepti - FOTO RESEPT

Nuş olsun!
Etiketlər: əlavə, qədər, edilir, çaxır, zeytun, bulyonu, qaraciyər, parça, dəfnə, qızardılır, toyuq, doğranmış, soğan, Tavaya, hissələr, olana, yarpaqları, Kiçik, unlanır, Hazır
BİZİ İZLƏYİN