• Qarışıq ətli qiymə resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 21 619

Tarix : 4-03-2016, 15:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 10-20

Nəfər sayı : Yox


Tərkibi:
mal əti
donuz əti
donuz piyi (salo)
baş soğan
duz
istiot
göyərti (keşniş, şüyüd, cəfəri)

Hazırlanması:
Qeyd: Reseptdəki qiymə donuz və mal ətinin qarışığı ilə hazırlanır, lakin əgər siz tək mal ətindən hazırlamaq fikrindəsinizsə, o zaman resept hec də fərqlənmir, sadəcə mal əti istifadə edə bilərsiniz.

1. İnqredientlər.
2. Ət, piy və soğan iri kubiklər formasında doğranılır. Göyərti xırda doğranılır.
3. Ət və soğan ətçəkən maşından keçirilir və yaxşı qarışdırılır.
4. Əgər qiymə lazım olduğundan çox alınsa, o zaman bu halda onu qapaqlı boşqabda soyuducuda bir neçə gün saxlaya bilərsiniz. Əgər qiymə hazır olan kimi hamısı istifadə ediləcəksə, o zaman artıq ona duz və istiot əlavə etmək olar. Zövqə görə həm qırmızı həm qara istiot vurmaq olar.
5. Düşbərə və bir sıra digər yeməklərin hazırlanması üçün qiyməyə göyərti əlavə edilir. Göyərtinin miqdarı bişirdiyiniz yeməkdən asılıdır, bu reseptdə qiymə düşbərə üçün nəzərdə tutulub.
6. Hamısı yaxşı qarışdırılır. Və qiymə hazırdır.

Qarışıq ətli qiymə resepti - FOTO RESEPT

Qarışıq ətli qiymə resepti - FOTO RESEPT

Qarışıq ətli qiymə resepti - FOTO RESEPT

Qarışıq ətli qiymə resepti - FOTO RESEPT

Qarışıq ətli qiymə resepti - FOTO RESEPT

Qarışıq ətli qiymə resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: qiymə, soğan, istiot, istifadə, donuz, zaman, əlavə, doğranılır, qarışdırılır, göyərti, bilərsiniz, yaxşı, artıq, etmək, Zövqə, qırmızı, saxlaya, boşqabda, qapaqlı, soyuducuda
BİZİ İZLƏYİN