• Kartoflu zrazı resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 29 273

Tarix : 15-12-2015, 11:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Tərəvəz yeməkləri / Qəlyanaltılar / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
500 qr qiymə (mal və ya mal+donuz),
5-7 ədəd kartof
1 ədəd baş soğan
3 diş sarımsaq
1 ədəd yumurta
200-300 qr un
duz
istiot
qızartmaq üçün yağ
suxarı

Hazırlanması:
1. İnqredientlər.
2. Püre hazırlanır: kartof qaynadılandan sonra suyu süzülür, püre olana qədər əzilir, yumurta, duz və istiot əlavə edilib qarışdırılır. Tədricən un əlavə edilir, kartofdan hazırlanan xəmir çoxda ələ yapışmamalıdır. Hazır olandan sonra bir qıraqda soyudulur.
3. Xırda doğranmış soğan və sarımsaq bitki yağında qızardılır.
4. Qiymə əlavə edilir, duz və istiot vurulub hazır olana qədər qızardılır.
5. Azacıq ələ yağ və ya su vurulub kotletlər formalaşdırılır. Kartof xəmirini yastı şəkildə əldə yayıb, ortasına ət qiyməsi əlavə edib hər tərəfi bağlanılır.
6. Kotlet hər tərəfli suxarıya batırılır.
7. Orta odda hər tərəfli qızardılır.
8. Vəssalam! Kartoflu zrazılar hazırdılar. Süfrəyə müxtəlif souslarla verilə bilər.

Kartoflu zrazı resepti - FOTO RESEPT

Kartoflu zrazı resepti - FOTO RESEPT

Kartoflu zrazı resepti - FOTO RESEPT

Kartoflu zrazı resepti - FOTO RESEPT

Kartoflu zrazı resepti - FOTO RESEPT

Kartoflu zrazı resepti - FOTO RESEPT

Kartoflu zrazı resepti - FOTO RESEPT

Kartoflu zrazı resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, qızardılır, istiot, yumurta, tərəfli, zrazı, kartofdan, hazırlanır, vurulub, müxtəlif, bilər, hazırlanan, edilir, olana, sonra, qədər, kartof, sarımsaq, soğan, bitki
BİZİ İZLƏYİN