• Qoyun ətindən tikə kabab resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 8271

Tarix : 18.03.2017, 23:00

Bölmə : Quru yeməklər, Ət yeməkləri, Kabablar, Foto reseptlər

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 8-10

Tərkibi:
800 qr - 1 kq qoyun əti
500 qr - 1 kq baş soğan
zövqə görə kəklikotu
badımcan
pomidor
duz
istiot

Hazırlanması:
1. İnqredientlər hazırlanır. Ət kəsilir, soğan yarımdairə formasında doğranılır.

2. Kababın yaxşı alınmasının ilk səbəbkarı məhz ətin düzgün qaydada basdırma edilməsidir. Bunun üçün qazanın dibinə soğanlar düzülür, onlaırn üzərinə isə ayrı-ayrılıqda dulzanmış və istiotlanmış ət tikələri.

3. Ətin üzərindən daha bir lay doğranmış soğan düzülür.

4. Sonra yenidən ikinci lay ət və üzərinə bir daha soğan.

5. Bu etaplarda zövqə görə hər bir ət tikəsinə kəklikotu əlavə edilə bilər. Qazanın qapağı bağlanıb 24 saatlıq soyuducuya yerləşdirilir. Bir sutkadan sonra görsənir ki ət özünü tutub və kababa hazırdır.

6. Ət tikələri şişlərə taxılır. Ətlərimiz yağlı olduğundan, əlavə olaraq aralarına qoyun piyi doldurulmasına ehtiyyac yoxdur. Qoyun kababına qarnir kimi badımcan və pomidor kababı uyğun olduğu üçün, əlavə iki şiş pomidor və badımcan hazır edilir.

7. Manqalda qızmar kömür üzərində, daim çevirərək bişirilir. Bişirərkən, yağlar alovlana bilər, belə hallarda əl altında duzlu suyun olması gərəkdir ki, kömür alovlandıqca duzlu su ilə alov söndürülsün.

8. Qoyun ətinin zərif olmasından asılı olaraq, həmçinin zamanında manqaldan çıxarılan kabab sulu və çox dadlı alınır.

9. Kabab süfrəyə verildikdə, çox vaxt yanında nardan hazırlanan sous - narşərab əlavə edilir.

Qoyun ətindən tikə kabab resepti - FOTO RESEPT

Nuş olsun!

Etiketlər: əlavə, soğan, badımcan, pomidor, qoyun, tikələri, üzərinə, edilir, olaraq, Qoyun, bilər, düzülür, kömür, duzlu, zövqə, kəklikotu, hazır, nardan, olduğu, yanında
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
Offline
Zeynebim♡
Dunen bizde bele bisirmisdik
4 oktyabr 2015 13:38
1
BİZİ İZLƏYİN

Yandex.Metrica