• Limonlu toyuq naqqetləri resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 15701

Tarix : 20.02.2016, 16:00

Bölmə : Quru yeməklər, Toyuq yeməkləri, Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : 2-4


Tərkibi:
2 ədəd toyuğun döş əti
1 stəkan qarğıdalı kraxmalı
1 ədəd toyuq yumurtası
1 stəkan suxarı
3 ədəd limon
bitki yağı (qızartmaq üçün)

Hazırlanması:
1. Ərzaqlar hazırlanır.

2. Limonun birinin qabığı soyulur.

3. Sous düzəldilir. Bunun üçün limon şirəsi, su və limonun qabıqları bir balaca qazana yerləşdirilir və qarışdırılaraq qaynadılır. Şəkər tozu əlavə edilir və yenidən qarışdırılır. Qatı məhlul hazırlamaq üçün suya qarğıdalı kraxmalı əlavə edilir və qarışdırılaraq, qatılaşana qədər az odda 2 dəqiqə qaynadılır.

4. Toyuğun döş əti yuyulur və şəkildə göstərildiyi kimi, qalın zolaqlarla doğranılır.

5. Doğranılan ət ilk olaraq qarğıdalı kraxmalına tam batırılır.

6. Sonra yumurtaya salınaraq suxarıya batırılır. Bu proseslər hər bir döş əti üçün təkrarlanır.

7. Tavaya yağ əlavə edilir və orta odda toyuq ətləri hər tərəfli 2-3 dəqiqə qızardılır. Tavadan çıxardıqda naqqetlər mətbəx salfetləri üzərinə düzülür.

8. Qızarandan sonra naqqetlər boşqaba əlavə edilir və üzərinə reseptin 3-cü etapında hazırlanan sous əlavə edilərək isti-isti süfrəyə verilir. Naqqetlərin yanında düyü və tərəvəzlərdə vermək olar.

Limonlu toyuq naqqetləri resepti - FOTO RESEPT

Limonlu toyuq naqqetləri resepti - FOTO RESEPT

Limonlu toyuq naqqetləri resepti - FOTO RESEPT

Limonlu toyuq naqqetləri resepti - FOTO RESEPT

Limonlu toyuq naqqetləri resepti - FOTO RESEPT

Limonlu toyuq naqqetləri resepti - FOTO RESEPT

Limonlu toyuq naqqetləri resepti - FOTO RESEPT

Limonlu toyuq naqqetləri resepti - FOTO RESEPT

Limonlu toyuq naqqetləri resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, edilir, qarğıdalı, toyuq, kraxmalı, üzərinə, qaynadılır, limon, qarışdırılaraq, batırılır, naqqetlər, dəqiqə, stəkan, Tavaya, ətləri, təkrarlanır, suxarıya, proseslər, yumurtaya, Doğranılan
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
arzum-aysum
beh beh nyam toyuq eti ve nugget, cox sevirem
3 oktyabr 2015 16:11
2
Offline
Hesenova
qargidali kraxmali xosuma gelmir
2 oktyabr 2015 17:12
1
HAMIYA NUS OLSUN!
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN