• Qızardılmış lavrak filesi resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 14 273

Tarix : 18-02-2016, 22:00

Bölmə : Quru yeməklər / Balıq yeməkləri / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 10-20

Nəfər sayı : 1-2

Tərkibi:
190 qr lavrak balığı filesi
186 qr pomidor
2 qr duz
1 qr üyüdülmüş qara istiot
30 qr bitki yağı
2 budaq kəklikotu
20 qr baş soğan
5 qr reyhan
30 qr zeytun yağı
40 qr laym
280 qr ağ çörək

Hazırlanması:
1. İnqredientlər hazırlanır.

2. Balıq filesi iri hissələrə doğranılır, təqribən 11sm x 6sm, duzlanıb istiotlanır.

3. İki tərəfli bitki yağında qızardılır.

4. Balığa iki tərəfli kəklikotu vurulur, tavaya perqament kağızı sərilərək balıq onun üzərinə qoyulur. Əvvəlcədən 180 dərəcə temperaturunda isidilmiş sobada 10-12 dəqiqə bişirilir.

5. Salat hazırlanır. Pomidorlar üçbucaq formada doğranılır, xalqa şəklində doğranmış soğan əlavə edilir, zeytun yağı, duz və istiot vurulur. Sonda tərəvəzlərə reyhan əlavə edilir.

6. Çorək dilimlərə kəsilir və içi yumşaq qalaraq, iki tərəfli tavada qızardılır.

7. Süfrəyə verildikdə, boşqabın ortasında salat, üstündə isə isti lavrar balığı qoyulur. Balığın yanına bəzək kimi laym və şüyüd əlavə etmək olar.

Qızardılmış lavrak filesi resepti - FOTO RESEPT

Nuş olsun!
Etiketlər: əlavə, tərəfli, zeytun, reyhan, soğan, kəklikotu, doğranılır, qızardılır, qoyulur, edilir, vurulur, bitki, hazırlanır, lavrak, balığı, filesi, istiot, etmək, doğranmış, tərəvəzlərə
BİZİ İZLƏYİN