• Qızardılmış xanı balığı filesi resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 12764

Tarix : 19.12.2015, 22:00

Bölmə : Quru yeməklər, Balıq yeməkləri, Foto reseptlər

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : 2-4

Tərkibi:
5 ədəd xanı balığı filesi
duz
günəbaxan yağ
əzilmiş qara istiot
limon
Ədviyyatlar:
cirə
keşniş toxumu
razyana

Hazırlanması:
1. Ərzaqlar hazırlanır.

2. Xanı balığı filesi buzdan əridilir, yuyulur və qurudulur. Sonra filenin hər biri duzla, istiotla sürtülür və limon şirəsi ilə səpələnir. Hazırlanmış file hissələrini boşqaba yığıb, üzərinə limon dilimləri düzülərək 1 saat saxlanılır.

3. Balıq özünü tutana qədər, eyni miqdarda cirə, keşniş toxumu və razyana götürülərək qəhvəüyüdən maşından keçirdilir. Alınan ədviyyatlar qarışığı ilə balıq hissələri hər tərəfli sürtülür. Sonra isə filelər hər tərəfli una batırılır.

4. Qızılı rəng alana qədər, günəbaxan yağda qızardılır.

5. Filenin belə original dadına siz çox təəcüblənəcəksiniz, hamısının səbəbkarı isə ədviyyatlardır. Qızardılmış fileni tamamlamaq üçün yanına yüngül salat və qızardılmış kartof əlavə etmək olar.

Daha doyumlu olması üçün balığı süfrəyə düyü ilə vermək olar

Yayda isə balığın yanında süfrəyə xiyar, pomidor, kahı, yaşıl soğan, keşniş və cəfəridən hazırlanan salat əlavə etmək olar.

Qızardılmış xanı balığı filesi resepti - FOTO RESEPT

Nuş olsun!

Etiketlər: balığı, baligi, keşniş, limon, razyana, süfrəyə, əlavə, sürtülür, salat, Sonra, qədər, etmək, toxumu, filesi, tərəfli, günəbaxan, hamısının, təəcüblənəcəksiniz, filelər, hissələri
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN