• Jülyen resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 101 444

Tarix : 10-12-2015, 10:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri / Qəlyanaltılar / Foto reseptlər

Mətbəx : Dünya mətbəxi

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : 2-4


Tərkibi:
400 qr şampinyon göbələyi
200 qr soğan
200 qr xama
200 qr pendir
50 qr parmesan pendiri (zövqə görə)
günəbaxan yağ (qızartma üçün)
bir çimdik duz
bir çimdik istiot
bir çimdik kəklikotu
bir çimdik qara yarpız

Hazırlanması:
1. Ərzaqlar hazırlanlır.

2. Soğan xırda şəkildə doğranılır.

3. Göbələklər nazik dilimlərlə doğranılır.

4. Tavaya bir qədər yağ əlavə edilib, isidilir. Sonra orta odda soğan yumşaq və azacıq qızılı rəng alana qədər qızardılır.

5. Göbələklər əlavə edilir. İlk olaraq göbələyin şirəsi çıxmağa başıayacaq, şirə tam buxarlanıb itənə qədər, daim qarışdırılaraq, göbələklər qızılı rəng alanadək qızardılır.

6. Tavanın altı söndürülür və göbələklərə xama, duz, istiot, kəklikotu və qara yarpız əlavə edilir. Hamısı qarışdırılır.

7. Pendir iri sürtkəcdən keçirilir.

8. Xamalı göbələklər xüsusi balaca formalı tavalara yerləşdirilir.

9. Üzərinə pendir əlavə edilir.

10. Əvvəlcədən 180 dərəcədə isidilmiş sobada 10-15 dəqiqə qızardılır. Pendir əriməlidir. Zövqə görə üzərinə birdaha parmesan pendiri əlavə edib, əlavə 2-3 dəqiqə qızartmaq olar. Süfrəyə jülyen isti-isti verilir, lakin soymuş şəkildədə jülyen çox dadlı olur.

Jülyen resepti - FOTO RESEPT

Jülyen resepti - FOTO RESEPT

Jülyen resepti - FOTO RESEPT

Jülyen resepti - FOTO RESEPT

Jülyen resepti - FOTO RESEPT

Jülyen resepti - FOTO RESEPT

Jülyen resepti - FOTO RESEPT

Jülyen resepti - FOTO RESEPT

Jülyen resepti - FOTO RESEPT

Jülyen resepti - FOTO RESEPT

Jülyen resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, çimdik, qızardılır, qədər, edilir, kəklikotu, qızılı, yarpız, göbələklər, Göbələklər, doğranılır, dəqiqə, istiot, parmesan, pendir, soğan, pendiri, jülyen, Pendir, balaca
BİZİ İZLƏYİN