• Şaurma ev şəraitində resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 115 224

Tarix : 22-09-2015, 14:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Qəlyanaltılar / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4

Tərkibi:
1 stəkan un
80 ml su
3 qr maya (quru)
1 ç/q zeytun yağı
0,5 ç/q duz
100 ml xama
1 ç/q xardal
50 qr pendir
1 əd toyuq döş əti
1 əd pomidor
1 əd xiyar
1/4 hissə kələm
2 x/q soya sousu

Hazırlanması:
1. Ərzaqlar hazırlanır.

2. İlk olaraq lavaş hazırlanır. Quru maya və duz unla qarışdırılır. Su əlavə edilib xəmir yoğurulur. Yoğurma zamanı zeytun yağı əlavə edilir. Xəmir 1,5-2 saat müddətində isti yerdə saxlanılır.

3. Xəmirdən diametri 5 sm olan kündə götürülür və nazik təbəqəyə çatdırılaraq yayılır.

4. Oxlov vasitəsi ilə tavaya keçirilib hər tərəfli qızardılır.

5. Hazır olmuş lavaşın hər tərəfinə azacıq su vurulur, yoxsa quruyub sınmağa başlayacaq.

6. Toyuğun döş əti orta həcimdə doğranılır, soya sousu vurularaq 15-20 dəqiqə saxlanılır.

7. Əvvəlcədən isidilmiş tavada toyuq qızardılır.

8. Şavurma üçün sous hazırlanır. Bunun üçün xardal, xama və qaymaqlı pendir qarışdırılır.

9. Kələm xırda doğranılır.

10. Xiyar və pomidor doğranılır.

11. Lavaş sousla yayılır.

12. Üzərinə doğranmış kələm əlavə edilir.

13. Kələmin üzərinə toyuq əti əlavə edilir.

14. Toyuğun üzərinə isə doğranmış xiyar və pomidor əlavə edilir.

15. Lavaş bükülür. Ev şəraitində şavurma hazırdır! Nuş olsun!

Məsləhətlər:
- Lavaşı hazırlamayada bilərsiniz, əvəzinə hazır lavaş alıb istifadə etmək olar.
- Sousu zövqə görə dəyişib başqası ilə əvəz edə bilərsiniz. Məsələn adi mayonez ilə.
- Bükülmüş lavaşı zövqə görə tavada bir qədər qızarda bilərsiniz.

Şaurma ev şəraitində resepti - FOTO RESEPT

Nuş olsun!
Etiketlər: əlavə, edilir, pomidor, bilərsiniz, hazırlanır, toyuq, doğranılır, sousu, zövqə, qarışdırılır, qızardılır, kələm, lavaş, Lavaş, xiyar, tavada, saxlanılır, yayılır, doğranmış, zeytunyağında
BİZİ İZLƏYİN