• Badımcandan dadlı qəlyanaltı resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 17 308

Tarix : 19-02-2016, 21:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri / Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 10-20

Nəfər sayı : Yox

Tərkibi:
150 qr badımcan
25 qr çerri pomidoru (marinada qoyulmuş)
10 qr ciabatta çörəyi və ya adi baton
2 qr sarımsaq yağı
5 qr parmesan pendiri
15 qr zeytun yağı
1 qr kəklikotu
1 qr duz

Hazırlanması:
1. Orta badımcan hazır olana qədər kömürdə bişirilir (və ya adi kabab kimi şişə çəkilmiş halda). Bişəndən sonra qabığı soyulur.

2. Çay qaşığı ilə ehtiyyatla badımcanın içi çıxarılır.

3. Badımcanın içi çıxarılandan sonra, xırda-xırda doğranıb boşqaba qoyulur.

4. Xırda doğranmış soğan əlavə edilir.

5. Xırda doğranmış göyərti əlavə edilir (misal üçün, reyhan, kəklikotu, tərxun). Üzərinə sarımsaq yağı əlavə edilir.

6. Ardınca zeytun yağı əlavə edilir.

7. Zövqə görə duz əlavə edilib qarışdırılır.

8. Bir tavada çörək dilimləri qızardılır.

9. Badımcandan hazırlanmış qəlyanaltını ayrıca bankaya yerləşdirib, üzərinə marinad olunmuş çerri pomidoru qoyub, çörəyin üzərinə isə parmesan pendiri qoyub süfrəyə verilir.

Badımcandan dadlı qəlyanaltı resepti - FOTO RESEPT

Nuş olsun!
Etiketlər: əlavə, edilir, üzərinə, sonra, sarımsaq, zeytun, pendiri, parmesan, pomidoru, çerri, kəklikotu, qoyub, xırda, Xırda, badımcan, doğranmış, Üzərinə, Zövqə, Ardınca, edilib
BİZİ İZLƏYİN