• Pendirli kartof kroket resepti

Reseptin məlumatları Baxış sayı: 22 701

Tarix : 12-06-2014, 19:44

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 6-8


Tərkibi:
5 ədəd orta ölçülü kartof (qaynadılmış)
1 su stəkanı un
2 ədəd yumurta
1 su stəkanı pendir (rəndələnilmiş)
1-2 dəstə şüyüd (incə doğranmış)
1-2 dəstə cəfəri (incə doğranmış)
1 çay qaşığı istiot
1 çimdik duz

Qızartmaq üçün:
1 ədəd yumurtanın sarısı
1 su stəkanı duru yağ

Hazırlanması:
Kartofları soyub, püre halına gətirin. Üzərinə un, yumurta, pendir, şüyüd, cəfəri, duz və istiotu əlavə edib, yaxşıca yoğurun. Əlinizlə qabıqlı qoz böyüklüyündə parçalar qopararaq uzunsov küftə şəkli verin. Bir qabın içində çırpılmış olan yumurta sarısına batırdığınız küftələri qızğın yağda çevirərək qızardın və servisə təqdim edin.

Nuş olsun!
Etiketlər: ölçücə, stəkanı, yumurta, şüyüd, doğranmış, cəfəri, pendir, dəstə, şəkli, verin, qabın, içində, küftə, böyüklüyündə, çırpılmış, qopararaq, parçalar, uzunsov, yağda, qızardın, servisə
BİZİ İZLƏYİN