• Mal ətindən tərəvəzli plov resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 15681

Tarix : 25.02.2016, 19:00

Bölmə : Quru yeməklər, Ət yeməkləri, Aş - Plov, Foto reseptlər

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6

Tərkibi:
300 qr sümüksüz mal əti
3 stəkan uzun düyü
2 ədəd pomidor
2 ədəd soğan
1 ədəd bibər
yarım ç/q limon duzu
zeytun yağı
duz

Hazırlanması:
1. Mal əti yuyulur, xırda şəkildə doğranılıb suda bişirilir.

2. Soğan soyulur, doğranılır.

3. Tavaya yağ tökülür, soğan biraz qızardılır.

4. Pomidorun qabığı təmizlənir, doğranılır soğanın üzərinə əlavə edilir.

5. Bibər nazik, uzun formada doğranılır və soğana əlavə edilir.

6. Pomidor, bibər biraz yumuşaldıqda tikə ət əlavə olunur biraz qovrulur.

7. Ət biraz qovrulduqdan sonra üzərinə ətin suyu əlavə olunub duz vurulur. Ətin suyu tam gedənə kimi bişirilir.

8. Plovu hazırlamaq üçün düyü yaxşı yuyulur, 1 saat suda saxlanılır. Sonra suyu süzülür.

9. Qazana yağ əlavə olunur üzərinə düyü əlavə olunub 5 dəqiqə qovrulur.

10. Düyü biraz qovrulduqdan sonra (düyünün rəngi dəyişməməlidi) düyünün üzərini bağlayacaq qədər qaynar su əlavə olunur.

11. Düyüyə limon duzu, xörək duzu əlavə edilib bir dəfə qarışdırılır.

12. Qazanın qabağı bərk bağlanır, aşağı istilikdə bişirilir.

13. Düyünün suyu şəkildikdə qazdan götürülür (əgər düyü tam bişməyibsə yenıdən biraz su əlavə edilib bişirilir).

14. Yemeyi süfrəyə vererkən yaxşı görnüşün olmasını istəyirsinizsə plovu kiçik kasaya töküb, qabı başı aşağı çevirin - bizim hazırladığımız kimi.

Mal ətindən tərəvəzli plov resepti - FOTO RESEPT

Nuş olsun!
Etiketlər: əlavə, biraz, bişirilir, doğranılır, üzərinə, olunur, edilir, qovrulur, edilib, aşağı, düyünün, yaxşı, qovrulduqdan, olunub, yuyulur, sonra, soğan, limon, bibər, qabağı
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN