• Çığırtma plov resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 36 177

Tarix : 22-09-2015, 22:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Aş - Plov / Foto reseptlər

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 6-8


Tərkibi:
4 stəkan düyü
8 ədəd yumurta
1 ədəd toyuq
5 ədəd soğan
kərə yağı
sarıkök
duz

Hazırlanması:
1. Plov bişirmək üçün düyü təmizlənir, 2-3 saat islağa qoyulur. Böyük qazanda su qaynadılır və duz vurulur.
2.Su qaynadıqda düyü suya əlavə olunur. Düyü 5 dəqiqə qaynadıqdan sonra süzgəcdən süzülür. Üzərinə soyuq su gəzdirilir. Düyünun üzərinə əridilmiş kərə yağı gəzdirilir.
3. Başqa qazan götürülür dibinə luxa və ya qazmaq üçün hazırlanmış xəmir düzülür, üzərinə düyü tökülüb əridilimiş sarıkök və ya zəfaran vurulur.
4. Plovu dəmə qoyduqda mütləq qazanın altında dəmir tava və ya dəmir altlığ olmalıdır. Dəmə qoyduqda qazanın qapağına dəsmal və ya qapaq üçün papaq qoyulur, qazanın ağzı bərk bağlanılır. Plov aşağı istilikdə 1 saat dəmə qoyulur.
5. Çığırtma hazırlamaq üçün toyuq tikələrə bölünür və yuyulur, bişənə kimi qaynadılır.
6. Soğan qabığından təmizlənir, yarımhalqa formasında doğranılır.
7. Soğan kərə yağında biraz qızardılır üzərinə bişmiş toyuq tökülür və duz vurulur.
8. Yumurta sındırılır, duz vurulur, yaxşı qarışdırılır və toyuğun üzərinə əlavə edilir.
9. Yumurta bişdikdə yemək qazdan götürülür.
10. Plov süfrəyə verildikdə üstünə çığırtma qoyulur.

Çığırtma plov resepti - FOTO RESEPT

Çığırtma plov resepti - FOTO RESEPT

Çığırtma plov resepti - FOTO RESEPT

Çığırtma plov resepti - FOTO RESEPT

Çığırtma plov resepti - FOTO RESEPT

Çığırtma plov resepti - FOTO RESEPT

Çığırtma plov resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: vurulur, qoyulur, üzərinə, toyuq, qazanın, Soğan, təmizlənir, qaynadılır, Yumurta, gəzdirilir, qoyduqda, sarıkök, dəmir, götürülür, əlavə, bişənə, yuyulur, bölünür, tikələrə, Çığırtma
BİZİ İZLƏYİN