• Qarın qutabı resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 145 472

Tarix : 24-09-2015, 20:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Duzlu xəmir işləri / Börəklər / Foto reseptlər

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 8-10


Tərkibi:
Xəmir üçün:

800 qr un
1 ç/q duz
su

İçlik üçün:
1 kq qarın (mal və ya qoyun)
300 qr quyruq
3 ədəd soğan
duz
istiot
nar və ya zirinc

Hazırlanması:
1. İçliyi hazırlamaq üçün, qarın, quyruq və soğan ət maşınından çəkilir; duz, istiot vurulub yaxşıca qarışdırılır.
2. Xəmiri hazırlamaq üçüq un, duz və ilıq suyu bir qaba tökərək yumşaq xəmir yoğurulur.
3. Qutabın sayına uyğun olaraq, xəmirdən kündələr hazıranır
4. Kündələrin hər biri oxlov ilə dairəvi şəkildə açılır. Açılan xəmirin yarı hissəsinə qarından (yəni hazırlanmış qiymədən) qoyulur və aypara şəklində qatlanılır.
5. Qiyməni xəmirin arasına qoyarkən zövqə görə nar dənələrindən və ya zirincdən də əlavə etmək olar.
6. Qutab, hər iki tərəfi qızarana kimi, tavada bişirilir.

Qarın qutabı resepti - FOTO RESEPT

Qarın qutabı resepti - FOTO RESEPT

Qarın qutabı resepti - FOTO RESEPT

Qarın qutabı resepti - FOTO RESEPT

Qarın qutabı resepti - FOTO RESEPT

Qarın qutabı resepti - FOTO RESEPT

Qarın qutabı resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: istiot, qarın, hazırlamaq, quyruq, soğan, xəmirin, Qiyməni, qatlanılır, qoyarkən, zirincdən, dənələrindən, zövqə, arasına, şəklində, qarından, hissəsinə, Açılan, hazırlanmış, qiymədən, aypara
BİZİ İZLƏYİN