• Cız-bız resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 34 044

Tarix : 18-12-2015, 13:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Foto reseptlər

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 6-8


Tərkibi:
300 qr qoyun qaraciyər
300 qr qoyun ağciyər
200 qr qoyun quyruğu
2 ədəd qoyun ürəyi
4 ədəd qoyun böyrəyi
3 ədəd soğan
6-7 ədəd kartof
kərə yağı
duz

Hazırlanması:
1. Qaraciyər, ağciyər, ürəklər, böyrəklər, quyruq kub şəklində doğranılır.
2. Doğranılmış hissələr yaxşı yuyulur, üzərinə su tökülüb 20 dəqiqə qaynadılır və kəfi yığılır.
3. Kartof təmizlənir, yuyulur və kub şəklində doğranılıb yağda qızardılır.
4. Kartof qızarana yaxın qoyun hissələrinin suyu süzülür və kartofa əlavə olunur.
5. Qoyunun hissələri əlavə olunduqda soğan da kub şəklində doğranılıb əlavə olunur.
6. Soğan qızardıqda yemək qazdan götürülür.

Cız-bız resepti - FOTO RESEPT

Cız-bız resepti - FOTO RESEPT

Cız-bız resepti - FOTO RESEPT

Cız-bız resepti - FOTO RESEPT

Cız-bız resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: qoyun, əlavə, şəklində, soğan, doğranılıb, olunur, Kartof, yuyulur, yaxın, hissələrinin, süzülür, kartofa, qızarana, qızardılır, təmizlənir, istifadə, yağda, bizTərkibi, yemekler
BİZİ İZLƏYİN