• Qızardılmış kartof və suxarılı krevetka resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 21 317

Tarix : 19-12-2015, 23:00

Bölmə : Quru yeməklər / Balıq yeməkləri / Tərəvəz yeməkləri / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 0-10

Nəfər sayı : 4-6

Tərkibi:
500 qr krevetka
5-6 ədəd kartof
200 qr suxarı
200 qr qarğıdalı unu
2 ədəd yumurta
duru yağ
duz

Hazırlanması:
1. Krevetkalar yaxşı yuyulur və suyu süzülür.

2. Üzərinə çıxana kimi su tökülüb 4-5 dəqiqə qaynadılır. Qaynadıqdan sonra suyu süzülüb soyudulur.

3. Yumurta, qarğıdalı unu, suxarı ayrı-ayrı qaba tökülür.

4. Krevetkanı qızartdıqda əvvəlcə duz vurulur, sonra qarğıdalı ununa batırılır, sonra yumurtaya və sonda suxarıya batırılıb yağda qızardılır (tavada yağ çox olarsa daha krevetka daha yaxşı qızarar və xırt-xırtlı olar).

5. Kartofu qızartmaq üçün ilk növbədə kartofun qabığı tmizlənir, yaxşə yuyulub dilimlənir.

6. Yağ tavada qızdırılır, kartofa duz vurulur və qızardılır.

7. Yemeyi zövqə görə ketçup, mayonez və ya başqa soslarla da yemək olar.

Qızardılmış kartof və suxarılı krevetka resepti - FOTO RESEPT

Nuş olsun!
Etiketlər: qarğıdalı, sonra, tavada, suxarı, yaxşı, qızardılır, krevetka, kartof, vurulur, sonda, Kartofu, növbədə, suxarıya, qızartmaq, qızarar, batırılıb, kartofun, olarsa, yağda, xırtlı
BİZİ İZLƏYİN