• Toyuq kotleti və kartof qızartması resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 21 880

Tarix : 14-09-2015, 13:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Tərəvəz yeməkləri / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
1 kq sümüksuz toyuq əti
3-4 ədəd soğan
1kq kartof
duru yağ
duz

Hazırlanması:
1. Sümüksüz toyuq əti və soğan ət çəkən maşından çəkilir.

2. Hazırlanmış qiyməyə duz vurulub kotletler hazırlanır.

3. Duru yağ tavaya tökülüb qızdırılır və kotletlər qızardılır.

4. Kartofu qızartmaq üçün kartof təmizlənir, yuyulub doğranılır.

5. Duru yağ tavaya tökülüb yaxşı qızdırılır. Tam qızdıqdan sonra kartofa duz vurulub tavaya tökülür.

6. Kartof bir hissəsi qızardıqda qaşıq yardımyla qarışdırılır və yaxşı qızaranacan bişirlir.

7.Yemək süfrəyə verilərkən toyuq kotleti qızarmış kartofla birlikdə verilir.

Toyuq kotleti və kartof qızartması resepti - FOTO RESEPT

Toyuq kotleti və kartof qızartması resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: toyuq, kotleti, tavaya, kartof, soğan, tökülüb, vurulub, yaxşı, qızdırılır, qızardıqda, hissəsi, Kartof, tökülür, qızdıqdan, sonra, kartofa, qaşıq, qızaranacan, kartofla, qızarmış
BİZİ İZLƏYİN