• Lobya çığırtması resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 74 851

Tarix : 12-09-2015, 13:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri / Foto reseptlər

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 2-4


Tərkibi:
0,5 kq lobya
2 ədəd soğan
2 ədəd pomidor
5 ədəd yumurta
100qr kərə yağı (və ya günəbaxan yağı)
2 x/q zeytun yağı (zövqə görə)
duz

Hazırlanması:
1. Lobyalanın uc hissələri kəsilir və xırda doğranılır.

2. Doğranılmış lobyalar qazana tökülür, yaxşı yuyulur və üzərinə su alınıb 30 dəqiqə qaynadılır (lobya yumuşalana qədər) .

3. Soğan doğranılıb yağda qızardılır.

4. Pomidor doğranılır. Soğan biraz qızarandan sonra üzərinə əlavə edilir.

5. Lobya suda bişəndən sonra suyu süzülür və soğanla pomidorun üzərinə əlavə olunub duzu vurulur.

6. Tavanın qapağı bağlanılır. Yemək 15 dəqiqə orta istilikdə bişirilir.

7. Yumurta sındırılır və biraz duz vurulub qarışdırılır.

8. Hazırlanmış lobyanın üzərinə yumurta tökülür.

9. Yumurta bişəndən sonra yemək qazdan götürülür.

Lobya çığırtması resepti - FOTO RESEPT

Lobya çığırtması resepti - FOTO RESEPT

Lobya çığırtması resepti - FOTO RESEPT

Lobya çığırtması resepti - FOTO RESEPT

Lobya çığırtması resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: üzərinə, lobya, sonra, doğranılır, bişəndən, tökülür, dəqiqə, Yumurta, yumurta, Soğan, biraz, əlavə, soğanla, pomidorun, olunub, qızarandan, Lobya, edilir, süzülür, qapağı
BİZİ İZLƏYİN