• Pizza resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 29 230

Tarix : 11-09-2015, 13:00

Bölmə : Quru yeməklər / Duzlu xəmir işləri / Qəlyanaltılar / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 2-4


Tərkibi:
2 yumurta
1,5 stəkan ilıq süd
100 qr kərə yağı
un
2 ç/q maya

Üstü üçün:
bibər
pomidor
soğan
göbələk
yumurta
1 x/q pomidor pastası(tomat)
sosiska(toyuq əti yaxud kolbasa)
qara zeytun
cəfəri(petruşka)
holland pendiri
duz
istiot

Hazırlanması:
1. 2 ç/q maya stəkana tökülür. Üzərinə 1 x/q un və 1 ç/q şəkər tozu tökülür. İlıq su tökülüb yaxşı həll edilir. Sonra isti yere qoyulur.

2. Maya qalxandan sonra yeke bir qaba tökülür ve üzərinə yumurta, süd, yağ, un , duz əlavə olunub xəmir yoğrulur.Xəmir yumuşaq olmalıdı. Sonra xəmiri 1 saat isti yerdə saxlayırıq.

3. Xəmir şişənə kimi kənarda üstü üçün lazım olan ərzaqları hazırlayırıq. İlk əvvəl bir qaba 1 x/q pomidor pastası, 1 yumurta və biraz su tökülür, yaxşı qarışdırılır (bu xəmirin üzərinə çəkmək üçündü). Bibər, qara zeytun, pomidor, soğan, göbələk, sosiska cəfəri doğranılır.

4. Xəmir hazır olandan sonra 3 kündə edirik. Kündəni oxlovla 1 sm qalınlığında açırıq. Üzərinə pomidor pastası, yumurtadan ibarət qarışığdan çəkilir və üzərinə pomidor, zeytun, soğan, göbələk, sosiska cəfəri düzülür.Duz, istiot vurulur .

5. Əvvəcədən 200 dərəcədə isidilmiş sobada 15-20 dəqiqə bişirilir, sobadan çıxardılır üzərinə sürtgəcdən keçırılmış holland pendiri tökülür. Yenidən
sobaya qoyulur. 2-3 dəq sonra yenidən götürülür (pendir əriyəndən sonra).

Pizza resepti - FOTO RESEPT

Pizza resepti - FOTO RESEPT

Pizza resepti - FOTO RESEPT

Pizza resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: pomidor, tökülür, yumurta, üzərinə, sonra, cəfəri, Xəmir, pastası, zeytun, sosiska, göbələk, soğan, pendiri, istiot, Sonra, qoyulur, Üzərinə, holland, yaxşı
BİZİ İZLƏYİN