• Pomidor souslu badımcan resepti

Reseptin məlumatları Baxış sayı: 35 098

Tarix : 12-06-2014, 20:39

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
3 ədəd badımcan
3 ədəd bibər
4-5 ədəd pomidor
1 ədəd soğan
3 diş sarımsaq
2 xörək qaşığı duru yağ
1 çay qaşığı duz

Hazırlanması:
Soğanları doğrayaraq yağda rəngi dəyişənə qədər qovurun. Badımcanları kub-kub doğrayın. Rəngi dəyişən soğanlara badımcanları əlavə edin. Bibərləri doğrayın.
Badımcan və soğanlarla bir az qovrulduqdan sonra bibərləri əlavə edin. Yaxşıca bişənə qədər gözləyin, arada qarışdırın. Pomidorları doğrayın və qarışığın üzərinə əlavə edin. Sarımsaqları 2-3 hissəyə kəsərək əlavə edin. Duzunu da əlavə etdikdən sonra pomidorlar əriyənə qədər arada qarışdıraraq bişirin.

Nuş olsun!
Etiketlər: əlavə, doğrayın, qədər, qaşığı, arada, sonra, Pomidorları, qarışdırın, gözləyin, bibərləri, Yaxşıca, bişənə, qarışığın, üzərinə, əriyənə, qarışdıraraq, bişirin, olsun, pomidorlar, etdikdən
BİZİ İZLƏYİN