• Narlı yumurta (Narnumru) resepti

Reseptin məlumatları Baxış sayı: 10215

Tarix : 13.02.2016, 20:00

Bölmə : Quru yeməklər, Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 0-10

Nəfər sayı : 2-4




Tərkibi:
6 xörək qaşığı ərinmiş yağ, yaxud adi kərə yağı
1 orta ölçülü soğan, incə doğranmış (1 stəkan)
4 stəkan şirəli nar dənələri (4 orta ölçülü nardan)
4 iri yumurta
Duz
Üyüdülmüş qara istiot

Hazırlanması:
Yağı orta ölçülü tavada orta istilikdə əridin. Soğanı əlavə edib təxminən 10 dəqiqə tez-tez qarışdıraraq açıq qızılı rəng alana qədər bişirin.
Nar dənələrini əlavə edin, qapağını örtün və təxminən 10 dəqiqə orta aşağı istilikdə vaxtaşırı qarışdıraraq dənələr şirələrinin bir hissəsini buraxana qədər bişirin.
Yumurtaları bir-bir, səliqə ilə, bir-birindən eyni məsafədə, sarıları pozulmayacaq şəkildə tavanın içinə qırın. Zövqə görə duz və istiot vurun. Təxminən 5 dəqiqə, yumurtaların ağı bişənə, sarılarınsa üzəri bərkiyənə qədər bişirin (qapağı örtə də bilərsiniz). Sarıların ortaları bir qədər yumşaq qalmalıdır. Odun üzərindən götürün və dərhal çörəklə süfrəyə verin.
Əgər adi (ərinməmiş) kərə yağından istifadə edirsinizsə onun yanmasının qarşısını almaq üçün tavaya kərə yağı ilə birlikdə bir çay qaşığl zeytun yağı əlavə edin.

Nuş olsun!

Etiketlər: yumurta, qədər, dənələri, narnumru, bişirin, ölçülü, istifadə, yemək, əlavə, şirəli, dəqiqə, qarışdıraraq, soğan, təxminən, xörək, istiot, istilikdə, götürün, nəzər, zaman
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN