• Humus resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 16 043

Tarix : 23-02-2016, 13:00

Bölmə : Quru yeməklər / Qəlyanaltılar / Foto reseptlər

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4


Tərkibi:
1 ədəd 425 qramlıq (1 + 1/2 stəkan edir) noxud konservası və yaxud gecədən islağa qoyulmuş yarım stəkan quru noxud
2 iri diş sarımsaq
3 xörək qaşığı tahin
3 xörək qaşığı limon suyu
Zövqə görə duz
Üstü üçün zeytun yağı və şirin qırmızı bibər tozu (bibər tozu yerinə humusun üstünə cəfəri səpə bilərsiniz)
Paprika

Hazırlanması:
Konservləşmiş noxuddan istifadə edirsinizsə, suyunun bir miqdarını saxlamaq şərtilə, noxudu süzün. Suyu lazım olacaq.
Əgər quru noxuddan istifadə edirsinizsə, onu bişənə qədər qaynadın, təxminən 1 saat. Təxminən 1 stəkan yarım bişmiş noxud alınmalıdır. Qazandakı suyun bir miqdarını saxlamaq şərtilə, noxudu süzün. Suyu lazım olacaq. Əgər humusunuzun daha hamar olmasını istəyirsinizsə, bişirdiyiniz noxudun qabığını soyun.
Konservləşmiş noxudun qabığı qabarıqdırsa, soyun, yox, əgər qabarıq deyil və çox yumuşaqdırsa, soymağa ehtiyac yoxdur.
Mətbəx robotunda noxud, sarımsaq, tahin və limon suyunu pürü halına gətirin. Bunu edərdək konservanın və ya noxudun bişdiyi sudan buraya bir az əlavə edin ki, kütlə bir az açılsın. Əgər səhfən konservanın və ya qazanın suyunu atmısınızda, narahat olmayın – adi sudan istifadə edin. Zövqə görə duz vurun. Zövgə görə tahin, limon suyu və sarımsağın miqdarını artırmaq olar.
Humusu qaba yığın. Üstünü qaşıqla “girdablayın.” Zeytun yağı gəzdirin. Şirin qırmızı bibər tozu səpin.
Pita tostlarıyla süfrəyə verin.

Humus resepti - FOTO RESEPT

Humus resepti - FOTO RESEPT

Humus resepti - FOTO RESEPT

Humus resepti - FOTO RESEPT

Humus resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: noxud, zeytun, tahin, limon, stəkan, süfrəyə, bibər, verin, olacaq, istifadə, səpin, miqdarını, qırmızı, üstünə, sarımsaq, bilərsiniz, noxudun, təxminən, Təxminən, lazım
BİZİ İZLƏYİN