• Souslu vermeşil resepti

Reseptin məlumatları Baxış sayı: 51 228

Tarix : 22-10-2015, 17:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Makaron yeməkləri / Souslar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : Yox


Tərkibi:
500 qr vermeşil
300 qr ət və ya qiymə
3 ədəd soğan
yağ
2 x.q tomat
2 x.q ketçup
duz
istiot

Hazırlanması:
Əvvəlcə qaynayan suya duz tökülür. Sonra qızardılmış vermeşil suya əlavə olunur. Tez- tez qarışdırılır. Bişdikdən sonra süzülür. Sonra qazan qızdırılır, yağ əlavə olunur, yaxşıca qızdıqdan sonra vermeşil əalvə olunur. Qarışdırıb dəmə qoyulur.15- 20 dəqiqə dəmdə qalır. Vermeşilə istəyə görə bulqurda əlavə oluna bilər.

Sous:
Sümüksüz ət yaxşıca qaynadılır. Bişdikdən sonra xırda- xırda (fındıq böyüklükdə) doğranır. Əvvəlcə soğan doğranıb,duz vurulub yağda qızardılır. Ət əlavə olunur. 5 dəqiqə qızardıqdan sonra tomat, ketçup, istiot əlavə olunur. 5 dəqiqə qaynadıqdan sonra ətin bulyonu əlavə olunur. Biraz qaynadıqdan sonra hazırdır. Əgər qiymə ətdən hazırlanırsa bulyon əvəzinə su əlavə olunur.

Nuş olsun!
Etiketlər: xırda, zövqə, zeytun, doğranmış, sumax, stəkan, bibər, lobyaya, əlavə, lobya, Salatı, yumurta, limon, Soğanı, Piyazı, fasulye, Fasulye, biridir, yumuşalanadək, qaşığı
BİZİ İZLƏYİN