• Yunan qabaq (kabaçok, zukini) piroqu resepti

Reseptin məlumatları Baxış sayı: 10571

Tarix : 17.04.2016, 09:00

Bölmə : Quru yeməklər, Tərəvəz yeməkləri, Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 4-6




Tərkibi:
1/2 stəkan zeytun yağı
1 stəkan xırda doğranmış yaşıl soğan
3 qabaq (kabaçok, zukini) – təxminən 700 qram, kubiklərə doğranmış
5 iyi yumurta
1 stəkan qatıq (süzülmüş, susuz olmalıdır, turş olmamalıdır)
1 stəkan un
3 çay qaşığı qabartma tozu (baking powder)
1 stəkan ovulmuş və ya kiçik doğranmış Feta pendiri (Feta pendiri Yunan pendiridir. Supermaketlərinizde yoxdursa, her hansı növ duzlu ağ pendirdən istifadə edə bilərsiniz)
1 stəkan sürtkəcdən keçirilmiş Kasseri pendiri (Yunanıstanın kasseri pendiri Türkiyədə bilinən Kaşar pendiridir. Mozzarella pendiri ile əvəz oluna bilər)
1 stəkan xırda doğranmış şüyüd və ya cəfəri (mən cəfəri ilə daha çox bəyənirəm)
zövqə görə istiot
zövqə görə qurudulmuş qırmızı şirin bibər tozu (paprika)
üzərini bəzəmək üçün qabaq dilimləri

Hazırlanması:
Uzunluğu 38 cm, genişliyi isə 25 cm olan dərin soba formasını bir az yağlayın.
Tavada zeytun yağını qızdırın. Soğan və qabağı əlavə edərək tez-tez qarışdıraraq yumuşalana qədər (amma xaşıl olmasın) və suyu çəkilənə qədər təxminən 15 dəqiqə bişirin. Bir az duzlayın. Kənara qoyun.
Sobanı 180˚C-dək qızdırın.
Dərin bir qabda yumurtaları mikserlə yaxşıca çalın. Üzərinə qatığı əlavə edib qarışdırın. Sonra isə un və qabartma tozunu əlavə edib yaxşıca qarışdırın.
Bu qarışığa pendirləri və bişmiş qabağı əlavə edib qarışdırın. Zövqə görə istiot və qırmızı bibər tozu vurun. Duzu azdırsa, bir az duz əlavə edin.
Doğranmış göyərtini də əlavə edib qarışdırın. Alınan kütləni yağlanmış formaya tökün. Üzərini qabaq dilimləriylə bəzəyin (şəkildə gördüyünüz kimi) və qırmızı bibər tozu səpin.
Sobanın orta yerində təxminən 1 saat ərzində üstü qızaranadək bişirin. Sobadan çıxartdıqdan 15 dəqiqə sonra piroqu kəsin və servis edin. Bu piroq həm isti, həm də soyuq halda süfrəyə verilə bilər.

Nuş olsun!
Etiketlər: stəkan, qabaq, əlavə, pendiri, qarışdırın, doğranmış, təxminən, qabağı, qırmızı, bibər, piroq, zukini, olduğum, qədər, dəqiqə, kabaçok, bişirin, zeytun, bilərsiniz, qızdırın
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN