• İspanaq çığırtması resepti

Reseptin məlumatları Baxış sayı: 14 798

Tarix : 14-01-2016, 21:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri / Qəlyanaltılar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 10-20

Nəfər sayı : 2-4


Tərkibi:
1 kilo ispanaq
5 xörək qaşığı duru yağ və ya kərə yağı
1 baş soğan
zövqə görə duz
zövqə görə istiot
4 yumurta

Hazırlanması:
1 stəkan qatığa 2-3 diş əzilmiş sarımsaq əlavə edib qarışdırın
1. İspanağı yaxşıca yuyun və süzün.
2. İri qazanı suyla doldurun və qaynadın. İspanağı suya salıb təxminən 3 dəqiqə ərzində pörtlədin.
2. İspanağı sudan çıxardın və aşsüzənə qoyub süzün. Suyunun tamamilə çıxması üçün ispanağı əlinizlə sıxın. Süzülmüş ispanağı iri-iri doğrayın.
3. Tavada yağı qızdırın. Soğanı xırda-xırda doğrayıb tavaya əlavə edin və təxminən 7 dəqiqə ərzində qızardın. Üstünə ispanağı əlavə edib, təxminən 5-10 dəqiqə bərabər qızardın. Zövgə görə duz və istiot vurun.
4. Yumurtaları bir qaba qırıb qarışdırın. İspanağın üstünə tökün. Yumurta hər tərəfə yayılsın deyə, tavanı o tərəf bu tərəfə əyin. Tavanın qapağını örtün və təxminən 7-10 dəqiqə ərzində, və yaxud yumurta bərkiyənə qədər qarışdırmadan bişirin.
5.Süfrəyə sarımsaq-qatıqla verin.

Nuş olsun!
Etiketlər: dəqiqə, ispanağı, təxminən, əlavə, İspanağı, ərzində, qarışdırın, tərəfə, süzün, xırda, istiot, qızardın, ispanaq, zövqə, yumurta, sarımsaq, doğrayıb, Soğanı, qızdırın, Tavada
BİZİ İZLƏYİN