• Lobya çığırtması resepti

Reseptin məlumatları Baxış sayı: 18 919

Tarix : 18-01-2016, 15:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri / Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4


Tərkibi:
1 kilo göy lobya – 5 sm uzunluqda doğrayın
təxminən 6 xörək qaşığl duru yağ və ya kərə yağı
2 ədəd baş soğan – xırda-xırda doğrayın (2 stəkan alınacaq)
2 ədəd pomidor – qabığını soyub xırda-xırda doğrayın (2 stəkan alınacaq)
1 stəkan xırda-xırda doğranmış reyhan
Zövqə görə duz, istiot
4 ədəd yumurta

Hazırlanması:
Əvvəlcə lobyanı su doldurulmuş qazana qoyub, qaynadıb tamaməm bişməzdən əvvəl süzün. Sonra ya elə olduğu kimi qoyun qalsın, ya da stəkanın dibiylə lobyanı bir az əzin, çox deyil (bu metod Zaqatala-Balakən rayonlarında məşhurdur. Lobyanı əzməklə onun həm dadı üzə çıxır, həm də lobya yumuşalır. Bu metod mənim çox xoşuma gəlir).
Tavada yağı qızdırın. Soğanı yağda bir az qızardın. Üstünə pomidor və reyhanı əlavə edib 5 dəqiqə də bişirin. Lobyanı buraya əlavə edin. Duz, istiot vurun. Tavanın qapağını örtün və yeməyi arada bir qarışdıra-qarışdıra, suyu çəkilənə və lobya bişənədək bişirin, təxminən 15 dəqiqə.
Yumurtaları bir kasaya qırıb qarışdırın. Sonra bu qarışığı lobyanın hər tərəfinə tökün. Qapağı bağlı, yumurtalar bərkiyənədək bişirin.

Nuş olsun!
Etiketlər: xırda, lobya, doğrayın, stəkan, bişirin, alınacaq, istiot, dəqiqə, Lobyanı, pomidor, qarışdıra, əlavə, lobyanı, Lobya, Çığırtması, təxminən, mənim, Sonra, metod, xoşuma
BİZİ İZLƏYİN