• Göyərti küküsü resepti

Reseptin məlumatları Baxış sayı: 18 700

Tarix : 19-01-2016, 11:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri / Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 0-10

Nəfər sayı : 2-4


Tərkibi:
2 stəkan xırda doğranmış keşniş
1 stəkan xırda doğranmış şüyüd
½ stəkan xırda doğranmış təzə soğan
5 ədəd yumurta
Bir çimdik duz, istiot
Dörtdə bir stəkan kərə yağı
Süfrəyə vermək üçün sarımsaq-qatıq

Hazırlanması:
Göyərti, yumurta, duz-istiotu bir qabda qarışdırın.
Eni 25 sm olan dibi yapışmaz tavada yağı əridin. Qarışığı tavaya töküb yayın. Altı qızaranadək, 5-8 dəqiqə bişirin. Bıçaqla 4 (və ya istəyə görə 8 üçbucağa kəsin). Bunları çevirib o tərəfini qızardın. Gərəkirsə tavaya bir az da yağ əlavə edin.
Çörək və sarımsaq-qatıqla süfrəyə verin.

Nuş olsun!
Etiketlər: stəkan, doğranmış, xırda, sarımsaq, müxtəlif, əlavə, yumurta, tavaya, Göyərti, yayın, küküyə, Qaydası, istiotu, qarışdırın, Hazırlanma, qabda, istiot, soğan, şüyüd, çimdik
BİZİ İZLƏYİN