• Sarımsaqlı sarı göbələk qızartması resepti

Reseptin məlumatları Baxış sayı: 18 333

Tarix : 7-01-2016, 17:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri / Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4


Tərkibi:
Yarım kilo sarı göbələk
2 xörək qaşığı kərə yağı
1 xörək qaşığı zeytun yağı
4-5 ədəd iri sarımsaq dişi, qabığı soyulub, xırda doğranmış
Duz
İstiot
2 xörək qaşığı xırda doğranmış cəfəri

Hazırlanması:
Göbələkləri yumayın (yoxsa bişdikləri vaxt su salar və çox yumuşalarlar). Onları islaq çay dəsmalıyla silib təmizləyin. İri göbələkləri bir neçə hissəyə, balacaları isə iki hissəyə bölun.
Tavada kərə yağı və zeytun yağını qızdırın. Göbələkləri əlavə edib, arada qarışdıraraq, suyu çəkilənə və yağa düşənədək bişirin.
Sarımsağı əlavə edib, duz və istiot vurun. Göbələk qızaranadək, təxminəın 5-7 dəqiqə bişirin. Tavanı kənara çəkib, üstünə cəfəri səpin. Süfrəyi verin.

Nuş olsun!
Etiketlər: xörək, qaşığı, göbələk, əlavə, bişirin, Göbələk, xırda, doğranmış, Göbələkləri, digər, cəfəri, hissəyə, zeytun, göbələkləri, təmizləyin, silib, gobələk, balacaları, yağını, tavadaca
BİZİ İZLƏYİN