• Sobada sarımsaqlı, kəklikotulu şirin bibər kababı resepti

Reseptin məlumatları Baxış sayı: 14 125

Tarix : 11-02-2016, 23:00

Bölmə : Quru yeməklər / Kabablar / Tərəvəz yeməkləri / Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 10-20

Nəfər sayı : Yox


Tərkibi:
Təxminən yarım kilo qarışıq mini-bibərlər (qırmızı, sarı, turuncu) – yuyub qurulayın
3-4 diş sarımsaq – sarımsaqəzənlə əzin
Bir xörək qaşışı kəklikotu qurusu
Zeytun yağı
Duz, istiot

Hazırlanması:
Sobanızı 200C-yə dək istidin.
Listin üstünə perqament kağızı sərin. Bibərləri buraya düzün. Sarımsaq və kəklikotu səpin. Bir az zeytun yağı gəzdirin. Zövqə görə duz-istiot vurub, əlinizlə qarışdırın. Bibərləri bir lay olaraq kağıza yayın.
Sobada 20-25 dəqiqə ərzində, və yaxud üstləri qırazana və bibərlər yumuşalanadək bişirin.

Nuş olsun!
Etiketlər: bibərlər, turuncu, burada, Sobada, yeməyi, qırmızı, sarımsaq, Təxminən, istiot, kəklikotu, bişirin, Bibərləri, Ərzaqlar, yuyub, xörək, qaşışı, sarımsaqəzənlə, qurulayın, qarışıq, yarımçıq
BİZİ İZLƏYİN