• Kartoflu badımcan yeməyi resepti

Reseptin məlumatları Baxış sayı: 48 452

Tarix : 9-02-2016, 11:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4


Tərkibi:
5 ədəd badımcan
1 ədəd iri soğan
3-4 diş sarımsaq
1 ədəd yaşıl bibər (mütləq deyil)
2-3 ədəd kartof
3 ədəd pomidor
1 çay qaşığı tomat
5 qaşıq kərə yağı
Duz, istiot
Yarım stəkan qaynar su

Hazırlanması:
Badımcanların qabığını zolaqvari soyub, badımcanı iri kubiklərə doğrayın. Acısını çıxartmaq üçün duzlu suda 20 dəqiqə saxlayıb, sudan keçirin və sıxın. Soğanı, sarımsaqları və bibəri xırda-xırda doğrayın. Kartof və pomidoru iri-iri doğrayın.
Qazanda yağı əridin. Soğan və sarımsağı əlavə edib arada qarışdıra-qarışdıra soğan yumuşalıb qızarmağa başlayanadək bişirin. Bibər və kartofu əlavə edib bir-iki dəqiqə də bişirin. Pomidor və tomatı əlavə edib bir-iki dəqiqə bişirin. Badımcanı əlavə edib, qarışdırın. Duz-istiot vurun.
Bir iki dəqiqə sonra suyu əlavə edin, qazanın qapağını örtün və yeməyi orta hərarətdə 15-20 dəqiqə ərzində bişirin. Karktof bişibsə yemək hazırdır. Yemək bişdiyi müddət ərzində tez-tez qarışdırmayın ki, badımcan əzilməsin.

Nuş olsun!
Etiketlər: dəqiqə, əlavə, bişirin, xırda, doğrayın, yeməyi, badımcan, soğan, qarışdıra, istiot, ərzində, sıxın, arada, Soğanı, yumuşalıb, qızarmağa, azeri, başlayanadək, keçirin, sarımsaqları
BİZİ İZLƏYİN