• Şami resepti

Reseptin məlumatları Baxış sayı: 17 123

Tarix : 14-10-2015, 13:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : 2-4


Tərkibi:
1 kg sümüksüz, yağsız qoyun əti
2 ədəd orta baş soğan – qabığını soyun, bütöv qalsınlar
2 ədəd yumurta
zövqə görə duz
zövqə görə istiot
təxminən üçdə bir stəkan duru yağ – qızartmaq üçün

Hazırlanması:
Əvvəlcə əti və bütöv soğanları bir qazana qoyun. Üstünə ərzaqları örtəcək qədər su tökün. Bir çimdik duz atın. Qaynadın və təxminən 30 dəqiqə bişirin. Ət tamamilə bişməlidir. Qazanın suyunu süzün (suyunu düşbərə üçün istifadə edə bilərsiniz). Əti və soğanları ət çəkən maşından keçirin. Sonra bir qaba qoyun. Üzərinə yumurta, duz, istot əlavə edib, yaxşıca yoğurun.
Alınan kütlədən nə çox yastı, nə də çox qalın olan uzonsov və ya yumru küftəciklər düzəldin. Təxminən 18-20 ədəd şami alınmalıdır.
Tavada yağı qızdrın və şamini yağda qızardın . Plov və ya çörəklə süfrəyə verin (Lənkəranda plovla verilir).

Nuş olsun!
Etiketlər: qoyun, süfrəyə, sonra, plovla, Lənkəranda, çörəklə, qədər, şamini, bütöv, suyunu, təxminən, soğanları, zövqə, yumurta, bişməlidir, Qazanın, süzün, düşbərə, dəqiqə, örtəcək
BİZİ İZLƏYİN