• Kəklikotulu quzu qabırğası qızartması resepti

Reseptin məlumatları Baxış sayı: 15 949

Tarix : 14-02-2016, 16:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4


Tərkibi:
1 quzu qabırğası
Duz
Istiot
Bir neçə qaşıq qurudulmuş kəklikotu
2 çay qaşığı yağ (əridilmiş yağ daha məsləhətdir)

Hazırlanması:
Quzu qabırğasını tikələrə bölün. Əti taxtanın üzərinə qoyub ətdöyənlə 10-15 mm qalınlığı alana qədər döyün. Tikələrin hər tərəfinə duz və istiot səpin, daha sonra qurudulmuş kəklik otunu əlinizlə əzib ətin üzərinə əlavə edin.
Yağı orta ölçülü tavada orta istilikdə əridin. Ətin hər iki tərəfini qızılı rəngə çalanadək qızardın, hər tərəfi təqribən 3 dəqiqə. Alternativ olaraq, qrilin üstünü bir az yağlayıb orda da hazırlaya bilərsiniz. Hər hansı bir qarnirlə dərhal süfrəyə verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: bilərsiniz, kəklikotu, hazırlaya, üzərinə, ləziz, ətini, etmək, yemək, qurudulmuş, əridilmiş, qədər, qaşıq, alana, döyün, Tikələrin, sonra, səpin, istiot, tərəfinə, qalınlığı
BİZİ İZLƏYİN