• İçi doldurulmuş qarnıyarıq badımcan (karnıyarık) resepti

Reseptin məlumatları Baxış sayı: 20 145

Tarix : 1-04-2016, 17:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
12 orta ölçülü badımcan, eyni boyda
Üstünə sürtmək üçün zeytun yağı

İçlik üçün:
5-6 xörək qaşığı zeytun yağı, yaxud kərə yağı
450 qram çəkilmiş ət
2 orta boylu baş soğan, soyulmuş və incə doğranmış (2 stəkan)
1 kiçik dolmalıq yaşıl bibər, tumları çıxarılmış və incə doğranmış
1 orta ölçülü pomidor, incə doğranmış
1 açay qaşığı tomat pastası
6-7 diş sarımsaq, soyulmuş və incə doğranmış
Duz
Üyüdülmüş qara istiot
Bir ovuc doğranmış təzə cəfəri

Üstü üçün (zövqə görə):
Pomidor dilimləri
Balaca acı, yaxud şirin yaşıl bibər

Sousu üçün:
2 xörək qaşığı tomat pastasını yarım stəkandan bir az çox suda həll edin.

Hazırlanması:
Badımcanları hazırlayın: Badımcanları yuyub qulplarını kəsin (əgər qulpları təmiz və qəşəngdirsə onları saxlaya da bilərsiniz). Badımcanları elə soyun ki, üstündə qalın qara zolaqlar qalsın. (şəkillərə baxın). Sobanı 200 dərəcə selsiyə qədər qızdırın. İri bir list götürüb içinə perqament kağızı döşəyin. Badımcanları perqament kağızının üzrəinə düzüb fırçayla hər tərəfinə zeytun yağı çəkin. Badımcanları sobanın orta gözündə tam yumşaq olana qədər, təxminən 30 dəqirə bişirin. Diqqətli olun, çünki badımcanlar əzilib püreyə dönməməli, öz gözəl formalarını saxlamalıdır (içi doldurulandan sonra yenə bişəcək). Sobadan çıxarıb soyumaq üçün kənara qoyun.
İçlik düzəldin: Badımcanlar soyuyana qədər siz içliyi düzəldin. Orta ölçülü tavada orta atəşdə yağı qızdırın. Əti əlavə edib arabir qarışdıra-qarışdıra, ayrılmış suyu buxarlanıb qurtarana, ət qızılı rəng alana qədər, təxminən 10 dəqiqə bişirin. Soğanı əlavə edib arabir qarışdıraraq, soğan yumşalana qədər, təxminən 5 dəqiqə bişirin. Yaşıl bibəri əlavə edib iki-üç dəqiqə də bişirin. Pomidor və tomat pastasını əlavə edin. Bir neçə dəqiqə də bişirin. Sarımsaq, zövqə görə duz və istiot əlavə edib qarışdırın və dərhal odun üstündən götürün. Otaq temperaturuna qədər soyudub cəfəri əlavə edin və qarışdırın.
Badımcanların içini doldurun: İti bıçağın köməyilə hər badımcanı ortadan uzununa yarın. Yarıq ağ zolağın üstündə olmalıdır. Diqqətli olun ki, badımcanları tam kəsməyəsiniz, bu yalnız yarıq olmalıdır. Əgər istəsəniz, badımcanın toxumlarını kəsib çıxara bilərsiniz (əgər onların acılıq verəcəyindən narahatsınızsa), ya da olduğu kimi saxlayın (mən çox nadiq hallarda kəsib çıxarıram). Hər badımcanı içliklə doldurun. İçi doldurulmuş badımcanları soba üçün olan iri şüşə qaba qoyun (mən düzbucaqlı Pyrex qabından istifadə edirəm və yeməyi də elə onun içində süfrəyə verirəm). Badımcanları bir-birinə çox sıx qoymayın. İstəsəniz hər badımcanın üstünə bir dilim pomidor və balaca yaşıl bibər qoya bilərsiniz.
Badımcanları bişirin: Tomat pastalı sousunuzu badımcanları düzdüyünüz qaba tökün. Sobanın orta gözündə 190 dərəcə selsidə 20-25 dəqiqə, yaxud badımcanlar yumşalana və sous yüngülcə qatılaşana qədər bişirin. Əgər bişirmə müddətində sous çox tez buxarlanıb yoxa çıxsa bir az da sous düzəldib qaba əlavə edin. Hazır yeməyin bir az sousu olmalıdır ki, istəsəniz yeməyi boşqaba çəkən zaman o sousdan qaşıqla götürüb boşqaba qoya biləsiniz. Süfrəyə düyü plovu, yaxud çörəklə təqdim edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: qədər, əlavə, bişirin, Badımcanları, badımcan, doğranmış, Mənim, dəqiqə, sonar, edirəm, badımcanı, yaxud, badımcanın, bibər, yemək, yeməyi, təxminən, bilərsiniz, olmalıdır, ölçülü
BİZİ İZLƏYİN