• Heyvalı və zəfəranlı toyuq resepti

Reseptin məlumatları Baxış sayı: 16 625

Tarix : 20-04-2016, 09:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
4 ədəd orta boy heyva (təxminən 1 kg)
6 qaşıq duru yağ
2 çay qaşığı zəfəran teli
1.5 kg kiçik parçalara bölünmüş sümüksüz toyuq əti (mən sümüksüz bud əti alıram, döş əti ilə də ola bilər)
1 ədəd doğranmış orda boy baş soğan
0.5 stəkan suda həll olunmuş 2 xörək qaşığı tomat
10 ədəd quru qavalı
zövqə görə duz
zövqə görə istiot

Hazırlanması:
1. Zəfəran tellərini həvəngdəstə vasitəsiylə döyün və toz halına gətirin. Bir-iki xörək qaşığı isti suda həll edin.
2. Heyvanın qabığını soymadan dilimləyin. Dilimlər orta qalınlıqda olmalıdır.
3.Tavada yağı qızdırın və heyvaları əlavə edib arada qarışdıraraq təxminən 5 dəqiqə ərzində qızardın. Sonra zəfəran dəmini əlavə edib 5 dəqiqə də bişirin. Arada qarışdırın ki, heyva zəfəranı çəksin. Kənara qoyun.
3. İri tavada qalan yağı qızdırın və toyuğu əlavə edərək təxminən 5 dəqiqə ərzində bişirin.
4. Sonra bu tavaya soğanı əlavə edin və birlikdə 6-7 dəqiqə bişirin. Toyuq sulanmağa başlayanda, suda həll olunmuş tomatı əlavə edin. 10-15 dəqiqə, tavanın suyu çəkilib bir qədər qatılaşana qədər bişirin. Bu mərhələdə toyuq hardasa bişmiş, amma tamamilə bişmiş olmamalıdır.
5. Toyuğa heyvaları və quru gavalını əlavə edin. Zövqə görə duz və istiot vurun. Vam odda, qapağı örtülü, toyuq və heyva yumuşalana qədər (heyva diri qalmalıdır) bişirin.

Nuş olsun!
Etiketlər: əlavə, bişirin, heyva, dəqiqə, qədər, toyuq, təxminən, qaşığı, sümüksüz, toyuğu, zəfəran, qızdırın, yemək, Heyvalı, heyvaları, bişmiş, istiot, bişirirəm, Sonra, zövqə
BİZİ İZLƏYİN