• Sobada ballı toyuq qanadı resepti

Reseptin məlumatları Baxış sayı: 14 801

Tarix : 11-04-2016, 15:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
16 ədəd toyuq qanadı
2 xörək qaşığı ketçup
2 xörək qaşığı mayonez
2 xörək qaşığı bal
zövqə görə duz
zövqə görə istiot
çörək qırıntısı (suxariki) – irilərindən olsa daha yaxşı olar

Hazırlanması:
1. Toyuq qanadlarının ucunu kəsib atın. İri bir qabda qanadlar, ketçup, mayonez, bal, duz və istiotu yaxşıca qarışdırın. Soyuducuda ən azı 4 saat saxlayın (gecədən səhərə kimi qalsa, daha yaxşı olar).
2. İri listin dibinə kalka kağızı (baking paper) sərin. Çörək qırıntılarını dəyaz biz qaba qoyun.
3.Qanadların hər tərəfini qırıntıya batırıb listə düzün.
4. 200C-lik sobada təxminən 40 dəqiqə ərzində, və yaxud qanadlar bişib üstləri qızarana kimi bişirin.

Nuş olsun!
Etiketlər: qanad, sobada, yaxşı, qaşığı, ketçup, sonra, mayonez, xörək, qanadlar, zövqə, deyil, qanadlardan, Toyuq, yağda, toyuq, qanadları, bişirilir, çörək, uşaqların, batırıb
BİZİ İZLƏYİN