• Balqabaq plov resepti

Reseptin məlumatları Baxış sayı: 30 034

Tarix : 14-10-2015, 15:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Aş - Plov / Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
1 fincan xırda, qəhvəyi yaxud qırmızı lobya (gecədən islağa qoymaq da olar)
5 fincan dördkünc doğranmış balqabaq
1 xörək qaşığı şəkər tozu
1 çay qaşığı duz
1/2 çay qaşığı şüyüd toxumu
3 fincan uzun düyü – təmiz yuyulur, qurudulur, 1 xörək qaşığı duz qatılmış azacıq isti suda yarım saat islağa qoyulur
Təxminən 8 xörək qaşığı yağ

Ət üçün:
Sümüksüz, doğranmış qoyun yaxud mal əti xırda tikələrə bölünür.
2 xörək qaşığı kərə yaxud bitki yağı
2 baş orta ölçülü soğan – xırda doğranmış halda 2 fincan

Hazırlanması:
Lobyalar qurudulur, orta ölçülü qazana tökülür, üzərinə su əlavə olunur. Qaynamağa qoyulur, suyu çəkildikcə yenidən əlavə olunur. Lobyalar yumşalana qədər qaynadılır. Sonra suyu süzülür və kənara qoyulur.
Ət tikələri orta ölçülü tavaya tökülür. Üzərinə 2 xörək qaşığı duru və ya kərə yağı əlavə olunur. Orta dərəcəli odda, tez-tez qarışdırılaraq ətin suyu çəkilənə və yağ qalanadək bişirilir. Sonra üzərinə doğranmış soğan əlavə olunur, tez-tez qarışdırılaraq, təxminən 10 dəqiqə, yumşalanadək bişirilir. 1 fincan su əlavə olunur. Tavanın qapağı örtülür, ət yumşalana, suyu çəkilənədək orta dərəcəli odda qaynadılır. Sonra ocağın üzərindən götürülür və kənara qoyulur.
Bu arada, doğranmış balqabaqları, şəkər, duz və şüyüd toxumları bir qaba töküb qarışdırılır. Təxminən 15 dəqiqə, balqabaq şirəsini buraxanadək gözlənilir. Sonra şirə süzülür. (Ola bilər ki balqabağın heç şirəsi olmasın)
Böyük qazana 12 fincan su tökülür. 2 çay qaşığı duz əlavə olunur və qaynamağa qoyulur. Qaynara düşəndə düyü əlavə olunur, 5-10 dəqiqə qaynadılır, yapışmasın deyə ehmalca arabir qarışdırılır. Yarıbişmiş hala gəlincəyədək bişirilir. Sonra düyünün üzərinə dərhal əvvəlcədən bişmiş lobya əlavə olunur, qarışdırılır və birlikdə aşsüzəndən suyu süzülür.
4 xörək qaşığı yağ həmin qazanın dibində qızdırılır. Balqabaqlar əlavə olunur və orta dərəcəli odda, təxminən 3 dəqiqə qarışdırılaraq bişirilir.
Bir qat balqabaq yerləşdirilir, üzərinə kəfgirlə düyü-lobya qarışığı yayılır. Düyü təpə formasında qalanır, qazanın üzərinə dəsmal yerləşdirilir, qapaqla örülür. Vam odda, təxminən 15 dəqiqə dəmə qoyulur. Qapaq götürülür, qalan 4 xörək qaşığı yağ düyünü üzərinə tökülür, yenidə üzəri dəsmal və qapaqla örtülüb 45 dəqiqə bişirilir.
Düyü plovunu başqa cürə də servis etmək olar. 1) Doğranmış balqabaq və ət düyü ilə birgə boşqabın içinə (bulud) tökülür. Plov təpəcik şəklində qalanır. 2) Düyü boşqabın içinə tökülür, təpəcik şəklində qalanır. Ayrıca qabda bişmiş balqabaq və zövqə görə ət də süfrəyə verilir.

Nuş olsun!
Etiketlər: əlavə, olunur, qaşığı, doğranmış, balqabaq, üzərinə, xörək, qoyulur, tökülür, dəqiqə, bişirilir, fincan, Sonra, xırda, qarışdırılır, yaxud, yerləşdirilir, gözəl, bişmiş, plovu
BİZİ İZLƏYİN